Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:41

Gözəl Bayramlı: «Cəriməni ödəmək fikrim yoxdur»


Gənc fəallar Bakıda etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

Gənc fəallar Bakıda etiraz etdilər

-
26 yanvar aksiyaçılarından 2 nəfərə 13, 1 nəfərə 15 sutka həbs verilib, 18 nəfər cərimələnib. Cərimələrin ümumi məbləği 11 min manat edir.

Ən çox cərimələnənlər AXCP sədrinin müavini Gözəl Bayramlı və gənc fəal Turqut Qəmbərdir. Turqut Qəmbər 2500 manat, Gözəl Bayramlı 2000 manat cərimə ödəməlidir.

Ancaq AXCP sədrinin müavini AzadlıqRadiosuna deyib ki, cəriməni ödəmək fikri yoxdur.

Bu qərarla bağlı apelyasiya şikayəti verəcəyini bildirib:

«Yüksək məbləğdə cərimə tətbiq etməklə fəalların gözünü qorxutmaq, etiraz aksiyalarının qarşısını almaq istəyirlər».

Gözəl Bayramlı ona yüksək cərimə tətbiq edilməsini də hakimiyyətin sifarişi kimi dəyərləndirib:

«Mən bu aksiyada təşkilatçı olmamışam. Aksiya sosial şəbəkə iştirakçılarının təşəbbüsü ilə keçirilib. Mən də sosial şəbəkə üzvü kimi bura qoşulmuşam».

2012-ci ildə parlament razılaşdırılmamış aksiyalarda iştiraka və təşkilatçılığa görə cərimələri bir neçə dəfə qaldırıb.

Beynəlxalq qurumlar bunu tənqid ediblər.

Qanun yanvardan qüvvəyə minib.

Yanvarın 12-də əsgər ölümü ilə bağlı etiraz aksiyasında saxlananlar da ümumilikdə 10 min 500 manat cərimə edilmişdilər. Həmin cərimələrlə bağlı “5 qəpik” kampaniyası keçirildi və 12 min manatdan artıq vəsait toplandı.
XS
SM
MD
LG