Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:28

Avropa Şurası Bakıdan ifadə azadlığı probleminin həllini istəyir


AŞPA Azərbaycana əməkdaşlıq təklif edir
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

AŞPA Azərbaycana əməkdaşlıq təklif edir

-


Avropa Şurası Parlament Assambleyasının Baş katibinin sözçüsü Daniel Höltgen ilə Azərbaycanda insan haqları ilə bağlı keçirilən müzakirələrdən sonra söhbət edirik.

- Avropa Şurasındakı bu müzakirələrdən sonra, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsinə münasibətində, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mövqeyində dəyişiklik olacaqmı?

- Hazırda Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq proqramı ilə bağlı danışıqlar gedir. Bizim mövqeyimiz belədir ki, əməkdaşlıq proqramı hərtərəfli olmalıdır. «Hərtərəfli» dedikdə, onu nəzərdə tuturuq ki, bu proqrama həmçinin ifadə azadlığı, mətbuat azadlığı, siyasi məhbus və əlbəttə, məhkəmə sisteminin müstəqilliyi məsələləri daxildir. Hələ ki, danışıqlar gedir və AŞPA-nın rəhbərliyi ümid edir ki, tezliklə belə bir proqramın hazırlanması başa çatacaq.

AŞ-a üzv olan bütün ölkələrdə insan haqları problemləri var. Söhbət ondan gedir ki, bu ölkələrin həmin problemləri qəbul edib, onların aradan qaldırılması üçün birgə işləmək iradəsi var, ya yox. Yox, əgər bizimlə əməkdaşlıq istəyi yoxdursa, o zaman istər həmin ölkəyə olan etimad problemi yaranır, istərsə də bütün Avropa Şurasının işinə kölgə salır.

Odur ki, biz çox ümid edirik ki, Azərbaycanla əməkdaşlıq proqramı hazırlanacaq.

- Bu istiqamətdə Azərbaycan tərəfindən hansı addımların atılmasını gözləyirsiniz?

- Dediyim kimi, Azərbaycandan bizim Hərtərəfli Əməkdaşlıq haqda təklifimizə müsbət yanaşılmasını və beynəlxalq təşkilatların qeyd etdikləri - ilk növbədə ifadə azadlığı problemlərinin aradan qaldırılmasına çalışmağını gözləyirik. Bu problemlər Bakıda «Eurovision» finalı ərəfəsində beynəlxalq gündəmə gəlsə də, bizim gündəliyimizdə hələ də qalır.

Beynəlxalq ictimaiyyətin reaksiyasından sonra bu problemlərin dərindən araşdırılması ehtiyacı yarandı ki, biz də məhz buna çalışırıq. Azərbaycan tərəfinin münasibəti haqda nəticə çıxarmaq danışıqların davam etdiyi bir dövrdə hələ tez olsa da, müsbət nəticəyə ümid edirik.

- Azərbaycan nümayəndə heyətinin üzvləri burada (Avropa Şurasında - red.) narazılıq edirlər ki, Azərbaycana qarşı həddən artıq diqqət göstərilir, soruşurlar ki, niyə bütün ölkələrdə insan haqları problemlərinin mövcudluğu şəraitində Azərbaycan ayrıca müzakirə predmeti olmalıdır. Azərbaycanın bu mövqeyinə münasibətiniz necədir?

- Mənim münasibətim belədir ki, Azərbaycan öz üzərinə diqqəti məlum hadisədən («Eurovision 2012» - red.) sonra cəlb etdi. Bu, bir həqiqətdir ki, ötən il Azərbaycan beynəlxalq medianın geniş müzakirə obyektinə çevrildi.

Bu ölkədəki bir sıra məsələlər ilə yanaşı insan haqları problemlərinə də jurnalistlərin diqqəti yönəldi. Amma Avropa Şurası hər bir ölkəyə ədalətli şəkildə və fərdi olaraq yanaşır. Bizim insan haqları haqda gəldiyimiz nəticələrin əsası var, mediadan aldığımız məlumatlara söykənmir. Qeyd etdiyim kimi, əməkdaşlıq təklifi irəli sürmüşük, bizim bu təşəbbüsümüz ikitərəfli fəaliyyəti nəzərdə tutur.
- Təşəkkür edirəm.
XS
SM
MD
LG