Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:27

Eyvaz Zeynalov. Düşünərəkmi, düşünməyərəkmi?..


Eyvaz Zeynalov
Eyvaz Zeynalov
-

Bəlkə o torpaqları heç ermənilər işğal etməyib? Onlara böhtan atırıq? Onlara qara yaxırıq?


Eyvaz Zeynalov


DÜŞÜNƏRƏKMİ, DÜŞÜNMƏYƏRƏKMİ?..

Hamı kimi neçə gündü fikirləşirəm, görəsən, Ə. Əylislini, qos-qocaman bir yazıçımızı belə bir roman yazmağa nə vadar edib?

Düşünürəkmi bu addımı atıb, düşünməyərəkmi?

Heç cür doğru-düzgün bir tərəfə yoza, çıxarda bilmirəm. Yalançı tolerantlıqmı?

Harda görünüb belə tolerantlıq? İşğalçıya, təcavüzkara dolayısı ilə haqq qazandırmaq, ona təriflər yağdırmaq, torpağı, malı-mülkü talananı, qohum-əqrəbası şəhid olunanları, qaçqın-köçkün, didərgin kimi bütün dünyaya səpələnənləri günahlandırmaq, aşağılamaq məgər tolerantlıqdı?

Özümü nə qədər zorlayıram ki, mən də bu sayaq, buna oxşar bir tolerant olum, qocaman yazıçımızı romanındakı o səfsəfələrə görə bağışlayım, günahından keçim, bacarmıram!

O saat Qarabağımız, doğulduğum, boya-başa çatdığım, indi erməni ordusunun tapdağında qalan Ağdam torpağı, qaçmamışdan qabaq orda dəfn etdiyim atamın qəbri
Ağdam işğaldan əvvəl
Ağdam işğaldan əvvəl
yəqin ermənilər onu çoxdan yerlə yeksan edib, itiriblər) gəlib durur gözlərimin qabağında.

Nəhayət, həmişə doğma torpaq həsrətilə yaşayan, ata-anasının, ərinin əbədi uyuduğu qəbristanlıqda, onların yanında dəfn olunmağı arzulayan, amma bu arzusu gözündə qalan, keçən il Bakıda vəfat edən, burda dəfn etdiyim anamın səsi eşidilir qulağımda.

Əkrəm Əylisli kimi tolerant ola bilmirəm, yalan-palanlarına, dolayısı ilə şəhidlərimizin ruhunu təhqir etdiyinə görə nə erməniləri, nə də onların təzə havadarını, ələkçinin qıl verənini bağışlaya bilmirəm.

Onu bağışlayanların, ona haqq qazandıranların Qarabağı, Ağdamı getməyib. Gedibsə, bağışlayır, ona haqq qazandırırlarsa, onda bir zaman duz-çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu doğma torpaqları onların özlərini bağışlamayacaq.

Haçan qayıtsalar (o torpaqlara qayıdacağımıza inanıram, mən qayıda bilməsəm də, nəslim qayıdacaq), onları yad kimi qəbul edəcək o yerlər.

Bəlkə o torpaqları heç ermənilər işğal etməyib? Onlara böhtan atırıq? Onlara qara yaxırıq? Dünyanın ən məzlum, fağır, humanist, tolerant xalqıdı ermənilər? Biz özümüz özümüzü qırmışıq, özümüz o torpaqları xaraba qoymuşuq, indi də düşmüşük ermənilərin üstünə? Bütün bunlar olmasaydı… Var, olub axı.

Amma qos-qoca yazıçımız yazdıqlarının olmadığını, təxəyyülünün məhsulu olduğunu söyləyir belə bir həngamədən sonra.

Ağsaqqal yazıçımız özünə haqq qazandırmağa çalışır ki, bu romanı yazmaqla erməni yazıçılarına nümunə göstərmək istəyib. Yəni onları etirafa çağırıb. Siz də ermənilərin elədiklərini yazın, barışıq yaradaq.

Yamanca sadəlövhmüş müdriklik yaşına çatmış yazıçımız! Saxta, qurama, yalançı tarix toqqaşdırmaqla, xalqına böhtan atmaqla yalnız özünü dolaşdırıb. Heç nə lazım deyil, yazıçıdan elə tək bunu soruşmaq lazımdı: niyə həqarət etdiyin o “yeraz”lar bu gün Azərbaycandadı? Hardan, kim qovub, yerindən-yurdundan didərgin salıb onları? Xocalını kim törədib? Qarabağı kim qana çalxayıb? Öz torpağımızda kim bizi qaçqın-köçkünə döndərib? Bütün bu qovğaları kim başlayıb? Keçmiş-keçəcəkdə elədikləri bütün pislikləri, düşmənçilikləri unudaraq bir yerdə yaşamırdıqmı? Kim birinci başladı?..

Ağdam işğaldan sonra
Ağdam işğaldan sonra
Nümunə göstərməyə, dərs verməyə qalsa, türk xalqı tarix boyu ermənilərə bəs deyincə nümunə göstərib. Həmişə onlara yazığı gəlib, torpağını güzəşt edib, çörəyini-suyunu bölüşüb.

Amma bir balaca ayağı yer tutanda qonşusu ilan kimi qayıdıb ona yaxşılıq edənləri çalıb. Əgər nümunə götürəsi olsaydılar, çoxdan götürərdilər.

Elə təkcə bunu nəzərə alardılar ki, torpaqlarımızda görmədikləri günə düşüblər, olmayan dövlətlərini qurublar.

“Qarabağ hekayələri”mdən birini xatırladım. Orda erməni bənnası Ağdamda yerli camaata ev tikir, pul qazanır. Tikdiyi evlərin bünövrəsinə, hörgüsünə müxtəlif xaç işarələri qoyur ev sahibindən xəbərsiz.

Bir dəfə yaxşı hörmət gördüyü ağdamlının ikimərtəbəli evinin hörgüsünə üstünə adı, familiyası yazılmış daşçapan baltasını qoyur. Pulunu alıb gedəndə ev sahibi soruşur ki, usta, bəs çörək ağacın olan baltan hanı? Çaşıb qalır. Cavab verə bilmir. Yanınca gətirdiyi oğlu deyir, atam onu evin divarına hördü. Ev sahibi məsələni başa düşür, erməni şovinistlərinin bu cür iyrənc əməllərindən, “tarix yazmalarından” halıymış. Ermənini öldürmək istəyir. Arvadı yaylığını ərinin qarşısına atmaqla onu xilas edir. Günlər keçir. Həmin bənnanın nəvəsi Ağdamı işğal edən erməni əsgərlərinin arasında şəhərə girir. Babasının tapşırığı ilə harda ikimərtəbəli ev görürsə (Ağdamda iki evdən biri ikimərtəbəli idi), rus tankçısına onu uçurtmağı əmr edir. Nəhayət, növbəti binanın divarından babasının baltasını tapır. Başına yığışan əsgərlərə deyir, mən sizə deyirdimmi, Ağdam erməni şəhəridi? Baxın, bu da sübut. Üstündəki erməni adını, familiyasını oxuyur.

Demək istədiyim nədi? Ermənilər həmişə bu cür saxtakarlıqlarla, yalançı dəlil-sübutlarla özlərini zorla bu torpaqlara bağlamağa çalışıblar. İndi bizim hörmətli yazıçımız onlara kömək əlini uzadıb, təzə bir “tarixi mənbə” verib. Həm də mötəbər bir mənbə. O mənada ki, bunu yazan sıradan bir azərbaycanlı deyil, hansısa bir məclisdə, görüşdə söhbət əsnasında şifahi şəkildə ağzından qaçırtmayıb, deməyib, yazılı şəkildə, roman şəklində ortaya qoyub.

Geniş miqyaslı bir dildə, rus dilində.

Erməni mətbuatı, ermənilər niyə bunu bayram eləməsinlər? Nə qədər axtarsalar, fikirləşsələr də neçə vaxtdı buna bərabər bir fakt nə toqqaşdıra, nə də tapıb ortaya qoya bilmirdilər. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım! Başlayacaqlar Əkrəm Əqulislinin “faktları”nın ətrafında araşdırmalar aparmağa, tarix kitablarına salacaqlar, ona isdinad edib cild-cild kitablar yazacaqlar. Filmlər çəkəcəklər. Hər dəfə də xatırladacaqlar, bunu biz yazmamışıq, Azərbaycanın qos-qocaman yazıçısı yazıb.

Hörmətli yazıçımızın qarşısında geniş üfüqlər açılıb. Yəqin bunu bilməmiş deyil. Bəlkə də bilə-bilə bu addımı atıb. Axı xəbəri vardı ki, Ə. Sadata, Qorbaçova, O. Pamuka və digərlərinə Nobel mükafatı veriləndə nələr də nəzərə alınıb. Heç Nobel olmasın. Başlanğıc üçün bu romanı Azərbaycan, rus, erməni dillərində çap etdirib satsa, bəsidi. Sonra da başqa dillər gələcək.

Allah bağışlasın!.. Allah keçsin günahlarından!..
XS
SM
MD
LG