Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:22

Sarkisian Türkiyəni Sürix sazişindən çıxmaqla hədələyir


Foto arxiv
Foto arxiv
«Ankara protokolların ratifikasiyasını ləngitməkdə davam eləsə, Yerevan Türkiyə ilə imzalanmış sənədlərdən imtina edəcək».

APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serz Sarkisian «Qolos Rossii» radiosuna müsahibəsində deyib.

O qeyd edib ki, əgər Türkiyə sənədləri ratifikasiya etməsə, Ermənistan bu məsələni parlamentin gündəliyindən çıxararaq, həmin sənədlərin imzasını etibarsız saya bilər.
Və əgər bu baş verərsə və gələcəkdə Ankara bu sazişləri yenidən imzalamaq fikrinə düşsə, yeni şərtlərlə yeni danışıqlar aparılacaq.-deyə o vurğulayıb

Serz Sarkisian iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı 2009-cu ildə Sürixdə imzalanan sazişlərin tərəfdarı olduğunu qeyd edib.

Hər iki ölkənin parlamenti hələlik bu protokolları təsdiq etməyib.
XS
SM
MD
LG