Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:47

ABŞ səfiri Qərb regionuna səfər edir [Video]


ABŞ səfiri Qərb regionuna səfər edir
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

ABŞ səfiri Qərb regionuna səfər edir

-
Fevralın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Gəncəyə gəlib. O, ilkin olaraq ABŞ-da təhsil alan gəncəli gənclərlə və Sülh Korpusunun nümayəndələri ilə görüşüb. Onlar səfirə təhsil zamanı yaranan problemlərindən danışıblar. Səfir özü isə bunları söylədi:

«Gəncədə Sülh Korpusunun 6 könüllüsü fəaliyyət göstərir. Biz Sülh Korpusunun fəaliyyətindən razıyıq. Azərbaycanda ümumən 100-ə yaxın könüllü fəaliyyət göstərir. Onlar ingilis dilinin tədrisini həyata keçirirlər. Bu, həm də Gəncə sakinlərinə sadə Amerika vətəndaşları ilə təmasda olmaq imkanı verir. Məzunlara gəldikdə, biz dünən 25-30 yaş arası məzunlarla görüşdük. Onlar hamısı ABŞ-da təhsil alıblar və biz dünən çox məhsuldar söhbətlər apardıq. Mənim üçün məmnunluq doğuran bir hadisə o oldu ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və müavini ABŞ-da təhsil alan məzunlardır».

«İCRA BAŞÇISI İLƏ GÖRÜŞ MƏHSULDAR OLDU»

Fevralın 22-də isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşəndən sonra Richard Morningstar jurnalistlərin suallarını cavablandırdı. O, başçı ilə görüşün Gəncə və ABŞ arasında geniş əlaqələrə səbəb olacağını vurğuladı:

«İcra hakimiyyətinin başçısı ilə məhsuldar görüş keçirdik. Gəncə Azərbaycanın ən önəmli şəhərlərindən biridir. Biz ölkəmizlə Gəncə şəhəri arasında olan geniş əməkdaşlıqdan söhbət açdıq».

Daha sonra səfir Morningstar «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin nəzdindəki Təlim Resurs Mərkəzinin açılışında iştirak etdi. Dəyirmi masada gənclər səfirlə Azərbaycanın ictimai-siyasi həyatında baş verən problemlərlə bağlı müzakirə apardılar.

Görüş Gəncə şəhər Mərkəzi Kitabxanasındakı Amerika Mərkəzində davam etdi. İcra başçısı Elmar Vəliyev və səfir Richard Morningstar mərkəzdə təhsil alan gənclərlə söhbət apardılar. Gənclər bir sıra layihələr üçün icra hakimiyyətinin dəstəyini istədilər.
XS
SM
MD
LG