Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:35

Nigar Yaqublu: «Ən çox düşünürdüm ki...»


Nigar Yaqublu (Arxiv foto)
Nigar Yaqublu (Arxiv foto)
-
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu Kürdəxanı təcridxanasından Lökbatanda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülür. O Lökbatana gedənə qədər evdə qalacaq.

Nigar Yaqublu ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək məhkum olunub. Ötən il dekabrın 19-da Abşeron rayon Məhkəməsi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə onu 2 il 6 ay azadlıqdan məhrum edib.

Azadlıqda olan Nigar Yaqublu AzadlıqRadiosuna müsahibə verib.

- Nigar xanım, bundan sonra gündə 12 saat evdə olacaqsız?

- Bundan sonra necə olacaq bilmirəm. Gedəcəyik məntəqəyə, orda müəyyənləşdirəcəklər ki, cəzamı necə, hansı şəkildə çəkim.

- Nə vaxt gedəcəksiz?

- İki-üç gün evdə olacağam hələ.

- Artıq azadlıqdasız, dadını çıxara bilirsizmi?

- Azadlıqda olmaq, çox, çox möhtəşəm bir şeydir. Olduqca.

- Nə üçün daha çox darıxmışdız?

- Ay aman! Ən çox düşünürdüm ki, nə vaxt sərbəst, konvoysuz gəzəcəm, özüm harasa gedib-gələcəm.

- Sərbəst harasa getdinizmi?

- Yox. Dünən gəldiyim üçün hələ özümü çölə çıxmağa hazır hiss etmirəm. Hələ şokdan çıxmamışam...

- Evdəkilər də yəqin şokdadırlar.

- Anam hələ də inana bilmir. Sevincinin həddi-hüdudu yoxdur. Mən də darıxmışdım. Ən çox da qardaşım üçün. Onun hər dəfə həbsxanaya gəlmək imkanı olmurdu.

- Evə gəldiniz. Amma atanız – Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbsdədir. İsmayıllı hadisələrinə görə təqsirli bilinir.

- Gələndə həm sevindim, həm pis oldum. Sevindim ki, evə gələcəm, üzüldüm ki, atamı orda qoyub gəlirəm.

- Həbs həbs ardınca, əvvəlcə siz, sonra atanız...

- Deyim ki, gözləmədiyimiz bir şey olur, yox, gözləyirdik. Ona görə də bu şeylərə o qədər təəssüblənmirik.

- Bu qərara münasibətiniz?

- İstənilən halda məhkəmə bitmişdi və məni məntəqəyə “etap” etməliydilər. Görək sonrası nə olur.
XS
SM
MD
LG