Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:36

Elşad Abdullayev daha bir video yaydı


Videodan kadr
Videodan kadr
-
Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yeni video yayıb.

Videoda Elşad Abdullayevin MTN əməkdaşı Rəsul Rəsulov olduğu deyilən şəxslə söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. [Video burada]

Söhbət zamanı E.Abdullayev qardaşı Mahir Abdullayevin qaytarılması vədləri ilə ondan pul almış şəxslər barədə materialları və videodiskləri R.Rəsulova təqdim edir. Sonda isə R.Rəsulov E.Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir.

E.Abdullayev videonu müşayiət edən arayışında qeyd edir ki, R.Rəsulov Mahir Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.

PREZİDENTƏ MƏKTUB

Əlavə olaraq Elşad Abdullayev «Azadlıq» qəzetinə prezident İlham Əliyevə yazdığı məktubu da göndərib. Məktubda o, qardaşı Mahir Abdullayevin işi ilə bağlı gedən istintaqın obyektivliyinə şübhə etdiyini bildirir. Prezidentdən həqiqi müstəqil istintaq komissiyasının yarılmasını xahiş edir:

«Belə bir komissiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma, həyatıma Sizin tərəfinizdən təminat veriləcəksə, mən Azərbaycana qayıtmağa və istintaqa istənilən köməyi etməyə hazıram. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, sərəncamımda olan videomaterialların ictimailəşməsinin respublikamızın imicinə vurduğu ziyanın fövqündəyəm və şəxsən mən onların ictimailəşməsinin əleyhinə olmuşam. İndiyə kimi video görüntülər yalnız bir məqsədlə yayılıb, mən qardaşım Mahir Abdullayevin oğurlanmasında bu və ya başqa formada əli olan, bu cinayətdən məlumatı olan şəxsləri ifşa etmək məqsədi güdmüşəm».

Keçmiş rektor məktubunda bildirib ki, qardaşına qarşı törədilmiş cinayətin açılması üçün axıra qədər mübarizə aparacaq.
XS
SM
MD
LG