Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:47

Nardaranda etiraz aksiyası keçirilib- [Video]


Nardaranda etiraz aksiyası...
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

Nardaranda etiraz aksiyası...

-
Aprelin 1-də Bakının Nardaran kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

Kəndin əsas meydanına toplaşan sakinlər, martın 31-də həbs edilmiş ilahiyyatçı Tale Bağırzadənin həbsini pisləyiblər.

Aksiya iştirakçıları həbsdə olan hicab məhbuslarının da azadlığa çıxmasını hakimiyyətdən tələb ediblər.

Aksiya iştirakçıları “Amerikaya ölüm!”, “Amerikanın və sionistlərin köməyilə məmurlar dindarları məhv edir” kimi fikirlər səsləndiriblər.

Kənd sakinləri hakimiyyəti və dövlət başçısının ünvanına da sərt fikirlər söyləyiblər.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimzadə çıxış edib: “Bəs deyirdiz ki, Qarabağı alacağıq, bizim büdcəmiz Ermənistankından böyükdür. Amma belə görünür ki, bu pulları polisi bizə qarşı qoymaq, Azadlıq Meydanında, Fəvvarər Meydanında mitinq keçirənlərə, “şəhid anası olmasın” deyənlərə qarşı istifadə edirsiz”.

«HAQQIMIZI TƏLƏB EDİRİK»

Aksiyada çıxış edən və özünü Hacı Əli kimi təqdim edən kənd sakini deyib:

Aksiyada çıxış edənlər
Aksiyada çıxış edənlər
«Biz haqqımızı tələb edirik. Qarşıdan seçkilər gəlir. Bizi seçkilər qabağı hədə-qorxu ilə susdura bilməzlər».
Çıxışçılar həmçinin hazırda həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovla Taleh Bağırovu müqayisə ediblər. Onun savadlı din xadimi olduğunu, bu cür həbslərlə dindarların qarşısını ala bilməyəklərini deyiblər.

Çıxışçılar həmçinin deyiblər: “Əsil narkomanlar, əsil silah alverçiləri azadlıqdadır. Amma onlar möminləri narkoman, silah alverçisi kimi həbs edirlər”.

POLİS GÖZƏ DƏYMİR...

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə polis gözə dəymir. Aksiyaya hər hansı müdaxilə olmayıb.
DİN-dən bildiriblər ki, mitinqin yerli icra hakimiyyəti ilə razılaşdırılıb- razılaşdırılmamasından xəbərsizdirlər. “Dəqiqləşdirmələrdən sonra məlumat veriləcək” deyə əlavə olunub.

Nardarandakı aksiyada “Hicaba azadlıq” şüarı da səsləndirilib. Bundan başqa, aksiyaçılar azanla bağlı bəzi məhdudlaşdırmalara da etirazlarını bildiriblər.

Nardarandakı mitinq başa çatıb. Akisyada hər hansı insident baş verməyib.
XS
SM
MD
LG