Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Azad Fikir Universitetinin qapıları onun üzvlərinin üzünə bağlanır


Azad Fikir Universitetinin loqosu
Azad Fikir Universitetinin loqosu
-
Bakıda fəaliyyət göstərən Azad Fikir Universiteti bağlanılıb. Bu barədə universitetin Facebook səhifəsində məlumat yerləşdirilib:

«Əziz dostlar! Bu gün səhər saatlarında Baş Prokurorluğun əməkdaşları heç bir məlumat vermədən Azad Fikir Universitetinə gələrək qapını möhürləyiblər və ofisi bağlayıblar. Hal-hazırda səbəbləri aydınlaşdırmağa çalışırıq».

Maarifləndirici layihə olan AFU "OL!" Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilirdi. Təşkilatın rəhbərliyindən AzadlıqRadiosuna AFU-nun bağlanması xəbərini təsdiq etdilər, lakin bundan artıq onlarda da məlumat olmadığını bildirdilər.

Baş Prokurorluğun saytında Azad Fikir Universiteti ilə bağlı hər hansı məlumat yoxdur.

AzadliqRadiosu hadisə haqqında ətraflı məlumat almağa çalışır. Geniş reportajl gün ərzində saytımızda izlə.

SƏNDƏ HADİSƏ İLƏ BAĞLI MƏLUMAT, VİDEO, FOTO VARSA, BİZİMLƏ ƏLAQƏ SAXLA.

Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında fəaliyyətində başlayıb. Onun işi əsasən ictimai-siyasi mövzularda mühazirələr təşkil etməkdən ibarət idi. Layihənin məqsədi gəncləri demokratik dəyərlərlə tanış etmək idi.

Azad Fikir Universiteti indiyədək 200-ə qədər interaktiv mühazirə təşkil edib.

2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb.

2011-ci ildə layihənin vebsəhifəsi MilliNet - Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir.

AZAD FİKİR UNİVERSİTETİNİN TƏRƏFDAŞLARI KİMLƏRDİR?

Fəaliyyəti zamanı Azad Fikir Universiteti Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın Bakıda səfirlikləriylə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Demokratiya üçün Milli Dəstək Fondu, Amerika Birləşmiş Ştatları Alman Marşal Fondu ilə tərəfdaşlıq edib.

AFU-nun BAĞLANMAĞINA MÜNASİBƏTLƏR...

REAL Hərəkatının Məclis sədri Erkin Qədirli AFU-nun bağlanmağını Facebook-da belə şərh edir:

««Azad», «fikir» və «universitet» - hakimiyyətə yad olan, onun ən çox qorxduğu anlayışlar».

Gənc fəal Bəxtiyar Hacıyev yazır ki, NİDA-dan sonra AFU-ya təzyiqlər oldu:

«Hökümət Azad Fikir Universitetinini bağlamaqdansa, bazar kimi pulla diplom, qiymət satan dövlət universitetlərini bağlasa daha yaxşıdır. Bəlkə də, yeni həbslər də olacaq. Sonra başqa təşkilatlara təzyiqlər başlayacaq».

Bloqqer Adnan Hacızadə isə «Allah AFU-nun qapısın açsın» yazır.
XS
SM
MD
LG