Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:50

Yunanıstan Almaniyadan iki müharibənin təzminatını tələb edə bilər


Arxiv foto. Yunanıstanın Baş naziri Antonis Samaras-ın Berlinə səfəri zamanı rəsmi qarşılanma mərasimində onun Almaniya kansleri Angela Merkel-lə çəkilə fotosu. 24 avqust 2012
Arxiv foto. Yunanıstanın Baş naziri Antonis Samaras-ın Berlinə səfəri zamanı rəsmi qarşılanma mərasimində onun Almaniya kansleri Angela Merkel-lə çəkilə fotosu. 24 avqust 2012
-

Afina Almaniyadan Birinci və İkinci dünya müharibələrinin ölkəyə vurduğu iqtisadi və mənəvi ziyan üçün təzminat tələb edir.

Yunanıstan hökuməti belə bir sənədi hazırlasa da, onun belə tezliklə mətbuata sızmasını istəmirdi.

Afinanın bu niyyətləri faş olduqdan sonra ölkənin baş naziri Antonis Samaras Xarici İşlər naziri Dimitris Avramopoulos-la və hökumətin digər mühüm rəmiləri xüsusu müşavirə keçirib. O, 80 səhifəlik hesabat barədə xəbərlərin vura biləcəyi mümkün diplomatik ziyanın aradan qaldırılması barədə müzakirələr aparıb.

“Aporito”, yəni “məxfi” qrifli hesabat layihəsi hökumətin təyin etdiyi ekspertlər qrupu tərəfindən hazırlanıb və ötən ay rəsmilərə təqdim olunub.

Almaniyaya qarşı maliyyə iddiasının ümümi həcmi 162 milyard avrodur. Bunun 108 milyard avrosunu 1941-1944-ci illərdə Yunanıstanın faşistlər tərəfindən işğalının dağıntıları üçün təzminat tələbi təşkil edir.

Layihənin işlənməsində rəhbər rolu Yunanıstan Maliyyə Nazirliyinin Baş Mühasibat İdarəsinin direktoru Panagiotis Karakousis oynayıb. Bu işdə həmin Nazirlyin və onun ölkə üzrə idarələrinin arxivlərindən çıxarılmış 190 min sənəddən istifadə edilib.

Hesabat barədə məlumat ilk dəfə olaraq yerli “To Vima” qəzetinə sızdırılıb və qəzet “Almanların bizə borcu” sərlövhəli məqalə ilə çıxış edib.

Ekspertlər qrupu əmindir ki, Afinanın Almaniyadan təzminat ödənişi istəməsi üçün kifayət qədər legitim əsasları var.

Adı çəkilən qəzet yazır ki, indi Yunanıstan hokuməti bu məsələ barədə qəti mövqeyini ortaya qoymalıdır.

Bəzi tarixçilər Birinci Dünya müharibəsi üçün təzminatın istənməsinə ziddiyyətli bir məsələ kimi baxırlar.

Çünki həmin müharibədə Yunanıstanın özü, 1917-ci ildə Almaniyanın rəhbərlik etdiyi Mərkəz Qüvvələrinə müharibə elan etmiş və əsasən Bolqarıstanla vuruşmuşdu.

İkinci Dünya müharibəsinə gəlincə isə, Almaniyadan təzminat istənməsi məsələsi zaman-zaman ictimai təşkilatlar tərəfindən dilə gətirilirdi.

QARƏT OLUNMUŞ MİLLİ SƏRVƏT ÜÇÜN 500 MİLYARD AVRO

Milli Şura adlanan təşkilat Yunanıstandan oğurlanmış sənət əsərləri üçün Almaniyadan 500 milyard avro təzminat alınmasını istəyir. Şura həmçinin bildirir ki, Almaniya 1941-1944-ci illərdə Yunanıstan sənayesinin 50 faizə qədər itkiləri üçün təzminat ödəməlidir.

Təşkilat bildirir ki, ölkənin Almaniya tərfindən 4 illik işğalı zamanı 300 min yunan acından ölüb.

Hələlik təzminat barədə hökumət öz mövqeyini hələlik birldirməyib. Amma digər tərəfdən bu hesabat haqqında məlumatın yayılmasına Maliyyə Nazirliyindən yaşıl işıq verilib.

Britaniya mətbuatı yazır ki, Almaniya rəsmiləri bu hesabata heç şübhəsiz Afinanın şantajı kimi baxacaqlar.

Bir çox təhlilçilər hesab edirlər ki, bu, Avropa İttifaqı və ilk növbədə Almaniyadan təzyiq altında olan Yunanıstanın əks hücumudur və əgər onun üzərinə təqziyiqlər dayandırılmsa, Afina bu sənəddən istifadə edəcək.

AFİNA QAMBİTİ

Mətbuat yazır ki, bu qambit özünü Almaniya kansleri Angela Merkel-in dostu elan etmiş baş nazir Samaras və onun Yeni Demokratiya Partiyasının əsl niyyətləri barədə ciddi narahatlıq yaradır.

Hesabatda həmçinin işğal zamanı Almaniyanın Yunanıstan banklarından zorla aldığı 54 milyard avro kreditlər də qeyd olunur.

Yunanıstan hazırda boğucu borclardan bir qədər xilas olub, lakin bu, Almaniyanın və ya avrozonanın başqa ölkələrinin hesabına deyil, ölkənin öz pensiya və maaş fondlarını sıxması hesabına başa gəlib.

Avropa İttifaqının sərt tövsiyələrinə görə Yunanıstan hələ 10 il müddətində “qənaətcil” iqtisadiyyata malik olmalıdır.

Bu siyasətin tənqidçiləri tövsiyələrə inanmırlar və bildirirlər ki, Yunanıstanın maliyyə sistemi hər an çökə bilər.
XS
SM
MD
LG