Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:49

Britaniya Suriyda kimyəvi silahdan istifadə olunduğunu ehtimal edir


Arxiv foto. Hələbdə Azad Suriya ordusunun snayperlərindən biri hökumət qoşunlarının hərəkətini izləyir. 10 aprel 2013
Arxiv foto. Hələbdə Azad Suriya ordusunun snayperlərindən biri hökumət qoşunlarının hərəkətini izləyir. 10 aprel 2013
-


Britaniyanın Xarici İşlər naziri William Hague Suriya hökumətinin kimyəvi silahlardan istifadə etdiyini göstərən aşkar dəlillərin artmasından narahatdır.

O, Parlament qarşısında çıxışında birlirib ki, kimyəvi silahdan istifadə barəsində iddialar təcili qaydada təhqiq olunmalıdır.

William Hague prezident Bashar Assad-i bununla bağlı araşdırma aparnlarla əməkdaşlıq etməyə və BMT təhqiqatçılarının ölkəyə maneəsiz gəlişinə təminat verməyə çağırıb.

“Unutmamalıdırlar ki, dünyanın gözü onlardadır və kimyəvi silahlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar”, - deyib Hague.

LONDONA TORPAQ NÜMUNƏLƏRİ GƏTİRİLİB

Britaniya qəzetləri yazır ki, Xarici İşlər naziri bu bəyanatı Suriyadan gizli yolla Britaniya laboratoriyalarına gətirilmiş torpaq nümunələrinin ilkin araşdırılmasından sonra verib.

Britaniya kəşfiyyatından BBC-yə sızmış məlumat daha ehtiyatlı səslənir.

Mənbə bildirir ki, torpaq nümunələrinin analizi Suriyada bəzi kimyəvi silahlardan istifadə olunduğunu təsdiq edib, lakin bu silahlardan kimin istifadə etdiyi hələlik bilinmir.

Parlamentdəki çıxışından sonra nazirlərin informasiyanın mənbəyi barədə suallarına Hague deyib ki, kəşfiyyat məsələləri barədə şərh vermir.

William Hague BMT-nin baş katibi Ban Ki-moon-un Suriyada kimyəvi sailahlardan istifadə edildiyi barədə iddiaların araşdırlmasına çağırmasını da təqdir edib.
Suriya Kimyəvi Silahlar barədə Beynəlxalq Konvensiyaya imza atmamış çox az sayda ölkələrdən biridir.

Ehtimallara görə, Assad-ın cəbbəxanasında xardal və zarin qazları var.

KİMYƏVİ SİLAHA KİM ƏL ATIB?

Mümkün BMT təftişinin obyekti Hələb vilayətindəki Xan əl-Əssal məntəqəsi olmalıdır.
Ötən ay Dəməşq hökuməti məhz bu ərazidə üsyançıların kimyəvi silahlardan istifadə etdiyini bildirmişdi.

Lakin üsyançılar da Bashar al-Assad rejimini belə silahlardan istifadə də günahlandırırlar.

London yəqin ki, kimyəvi silahdan məhz hökumət qoşunlarının istifadə etdiyinin sübutunu görmək istərdi. Bu, Britaniyanın Suriya siyasətində prinsipial məna daşıyır.
Britaniya Avropa İttifaqında Suriya qiyamçılarının döyüş silahları ilə təchizinə çağıran yeganə ölkədir.

Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasında bir qayda olaraq rəsmi Dəməşqi dəstəkləyən Çin və Rusiya da bildiriblər ki, onlar yalnız hökumətin kimyəvi silahlara əl atdığı isbat olunandan sonra mövqelərini dəyişə bilərlər.

Belə mövqe dəyişikliyi Londonu, əlbəttə ki, məmnun edərdi.
XS
SM
MD
LG