Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:24

«Heydər Əliyevlə Şah İsmayil Xətai- oxşar tarixi şəxsiyyətlər»


Heydər Əliyevin portreti (Rəssam Tahir Salahov)
Heydər Əliyevin portreti (Rəssam Tahir Salahov)
-
Aprelin 25-də dərc olunan qəzetlərin icmalı:

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Şah İsmayılla Heydər Əliyev arasında oxşarlıqlardan yazır. «Azərbaycan» qəzetinin 6 səhifəsini əhatə edən yazıda qeyd olunur ki, «həm Şah İsmayılın, həm də Heydər Əliyevin siyasi xəttinin ən əsas vəzifəsi güclü və müstəqil Azərbaycan yaratması idi. ... Mən Şah İsmayılın və Heydər Əliyevin xidmətlərini vurğulayarkən Azərbaycanın bu böyük oğullarına lazımı qiymət vermək istəyindən çıxış etmişəm».
Ramiz Mehdiyev daha sonra sovet dövrünə toxunur. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbəri olmasından sonra Azərbaycanın SSRİ-də ən qabaqcıl respublikalarından birinə çevrildiyini qeyd edir.
«Məgər Heydər Əliyevin və Şah İsmayıl Xətainin Azərbaycan qarşısında bu və digər xidmətləri onları oxşar tarixi şəxsiyyətlər, həqiqi vətənpərvərlər, öz dövrünün siyasi dühaları hesab etmək üçün bizə mənəvi haqq vermirmi? Onlar müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda yorulmadan mübarizə aparır, iqtisadi tərəqqinin , elmin, mədəniyyətin, Azərbaycan dilinin və s. qeydinə qalırdılar»- deyə Ramiz Mehdiyev yazır.
AZƏRBAYCANDA 6 MİLYON İNTERNET İSTİFADƏÇİSİ VAR?
Rəşid Hacılı
Rəşid Hacılı
Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı Azərbaycanda 6 milyon insanın internet istifadəçisi olması barədə hökumətin məlumatlarının inandırıcı olmadığını deyir.
«Bizim yol»a müsahibəsində Rəşid Hacılı deyib ki, «Təsəvvür edin ki, əhalinin sayı 9 milyondursa, 70 faizi 6 milyon 300 min nəfər deməkdir. Ölkədə 300 min fəal internet istifadəçisi var, bizim göstəricilər qonşu ölkələrlə müqayisədə dəfələrlə azdır».
Rəşid Hacılıya görə, heç Türkiyədə, Ukraynada, Rusiyada əhəlinin 70 faizi internet istifadəçisi deyil.
«SOCAR» KİMİN ÜÇÜN ÜZÜLÜR?
«Azadlıq» qəzeti yazır ki, yaxşı olar ki, «Neft Şirkəti bir az da bizim üçün üzülsün».
Qəzet Türkiyənin ATV kanalında yayımlanan «Benim için üzülmü» serialının Socar tərəfindən maliyyələşdirldiyi barədə məlumatların olduğunu yazır.
Müəllif yazır ki, «Dünyanın hansı ölkəsindəsə dövlətə məxsus şirkətin belə ucuz seriallara sponsorluq etmiş olmasına inanmıram... Hanı bizim dünya miqyasına çıxacaq səviyyədə çəkilmiş Qarabağ mövzusunda filmlərimiz? Bizim neft şirkətimiz bir az da bizim üçün üzülsə...».
AXCP-MÜSAVATIN MÜHARİBƏSİ
«Yeni Müsavat» qəzeti «Heyvagülü» havası»ndan yazır. Qəzet Müsavatla AXCP arasında müharibədə kimlərin maraqlı olduğuna toxunur:
«Bu müharibədə iqtidar maralıdır. Ən azı ona görə ki, Müsavat və AXCP arasındakı ziddiyyətlər ona gətirib çıxara bilər ki, Qərbin mövcud iqtidarı müdafiə etməkdən başqa yolu qalmaz... Bir sözlə, hansı havanın çalınmasından aslı olmayaraq, bəziləri elə «Heyvagülü» oynamaqda davam edirlər...»
«BİR «JEK» MÜDİRİNƏYƏ DƏYMƏYƏN MÜXALİFƏT»
«Rüstəm İbrahimbəyov da daxil olmaqla hamısı bir «jek» müdirinə dəyməz». «Yeni Azərbaycan» qəzeti bu fikirin YAP icra katibinin müavini, deputat Siyavuş Novruzova məxsus olduğunu yazır. Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin demokratik seçki mühitinin olmaması ilə bağlı dedikləri fikirlərə münasibət bildirib:
«Lenin gedib Razliv gölününü ətrafında görüşlər keçirən kimi, bunlar indi həmin psixologiyadan kənara çəkilməyib».
XS
SM
MD
LG