Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Jurnalist ona təzyiq olduğunu deyir


Jurnalist Elçin İsmayıllı
Jurnalist Elçin İsmayıllı
-
Aprelin 28-də «Azadlıq» qəzetinin İsmayıllıdakı müxbiri Elçin İsmayıllıya təzyiq zəngi olub.
Elçin İsmayıllı AzadlıqRadiosuna bildirib ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Rafael Əhmədov ona zəng edib. Sosial şəbəkədə haqqında yazdığı fikirlərə görə onu hədələyib təhqir edib:

«Mənə zəng edib deyir ki, sosial şəbəkələrdə bu nədir yazmısan. Özümü və yaxınlarımı ağır söyüşlərlə təhqir etdi. Dedi pul verib səni döydürəcəyəm, başını əkdirəcəyəm. Mən onun haqqında rayonda ona olan mənfi münasibət, İsmayıllı hadisələrindəki hərəkətləri ilə bağlı yazmışam».
İsmayıllı rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Rafael Əhmədov AzadlıqRadiosuna deyib ki, o Elçin İsmayıllını hədələməyib:

«O öz səhifəsində ağzına gələni yazıb, məni təhqir edib. Ona görə zəng vurub dedim ki, bu nədir belə. Mən onu dedim səviyyən olsun. Mən nə onu döydürmək, nə də başını əkdirməklə bağlı heç nə deməmişəm».
Rafael Əhmədov deyir ki, aprelin 8-də vəzifəsindən ərizə verib çıxıb. O hazırda istirahət etdiyini, müalicə olunduğunu da bildirdi.

Elçin İsmayıllı 2011-ci ildən jurnalistikadadır və elə həmin vaxtdan «Azadlıq» qəzetinin bölgə müxbiri çalışır. O, İsmayıllıda baş verən hadisələridə bir çox foto və videoların müəllifidir.
XS
SM
MD
LG