Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:10

Unadacam sәni


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən (sonradan kənarlaşdırılıb)


Azər Zeynalov


Unadacam sәni


Haçandır dilimә yemәk dәymir,
Şeirlerimi yeyirәm.
Yarımçıq qalmış sevgimi içirәm.
Göz dәymәsin, yeyib içmәklәrdәn başım açılmır.
İndi dә bir vәrәq şeir asmışam,
Qazın üstündә dәm alır.
Görәsәn içinә bәs bu dәfә
Nә qatım ki, dadlı olsun?
Hәr şeyin sәbәbkarı odur!
Sevgilimi deyirәm.
Doğrayacam onu
Tikә - tikә
Bişirdiyim bu şeirin içinә,
Sanmıram ki, şeirim onsuz keçinә.
Üstünә bolluca su tökәcәyәm,
Qoy boğulsun.
Ürәyini çıxarıb atacam,pәncәrәmin qarşısından ötüb keçәn quşlara.
"Quşlara daş atmayın" cümlәsinin әksini elәmәkçün.
Gözlәrini elә çiy - çiy udacam
Qoy görsün içimdә nә çәkdiyimi.
Dilini ayrıca bişirәcәm,
Ovub, sәpәcәm şeirimin üstünә
İstiotun әvәzinә.
Sonra mәnә göndәrdiyi
Qırıq - qırıq mәktubları
Vәrәqlәrә yazacam.
Cıracam o vәrәqlәri.
Od üstündә pıqqıldayan şeirimin
Üzünә çırpacam...
Mәn elә qәddaram ki...
Sonra bişirdiyim şeiri boşqaba yığıb,
Açacam qapını.
Sәhәrdәn şeirimin iyindәn birtәhәr olan
Hәyәtdә quyruğuyla әllәşәn itimin qabağına qoyacam.
O yeyәcәk, mәn doyacam
Sәndәn dә, sәnsizlikdәn dә.
Sәnin әrköyün halından
İt yeyәcәk, mәn doyacam Bişirdiyim- düşürdüyüm it yalından.
Unudacam sәni.


Mәn insan deyilәm...

Görәsәn mәn niyә belәyәm allah,
Mәni insan deyil, daş yaratmısan,
Ruh verib, can verib, bәdәn vermisәn,
Amma ki, içimi boş yaratmisan.

Deyirsәn, ucayam, tәkәm, tanrıyam.
Necә dә acizsәn, necә dә gücsüz...
Sәnin yaratdığın mәn deyilәmmi?!
İnsan yaratmısan qәlbsiz, könülsüz.

Mәni yaradanda etdiyin hәr sәhv,
Ömür tәqvimimdә yazılır qara.
Sәnin sәhvlәrinin nәticәsidir,
Sap-sağlam hәyata olmuşam yara.

Sәn ki, dağ yaratdın, dəniz yaratdın,
Bir әt parçasını yaradanmadın.
Yatmış kainatı görüb oyatdın,
Mürgülü insanı oyadanmadın.

İndi anlayıram hәr şeyi bir-bir,
Mәn özüm deyiləm, başqa bir şeyәm.
Bәlkә bir ağacam, yağışam, tozam,
Duyğuyam, röyayam, bilmirәm nәyәm.

Götür verdiyini gәrәyim deyil,
Sәndәn insanlığı mәn ummamışam.
Mәn insan deyilәm ! Sәhv düşüb yerim,
İnsanlıq suyunda yuyunmamışam.

Min hiylә-kәlәklә, qurmalarınla,
Bir qadın bәtninı atmısan mәni.
Aldadıb özünü, illәrdәn bәri,
İnsan alәminә satmısan mәni.
XS
SM
MD
LG