Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:53

Azərbaycanda mətbuat azadlığının vəziyyəti daha da pisləşib


US--Freedom house logo
US--Freedom house logo
Son 10 ildə Mətbuat azadlığı sahəsində vəziyyət pisləşərək ən aşağı həddə düşüb.

Freedom House təşkilatının 2013-cü ildə yaydığı yeni hesabatında belə deyilir.

Şimali Koreya ilə Türkmənistanda bu bu sahədə vəziyyətin daha pis olduğu bildirilir.

Sonrakı yerlərdə isə Özbəkistan və Belarus gəlir. Gürcüstanla Ertməmnistan isə jurnalist fəaliyyəti üçün nisbətən təhlükəsiz ölkə sayılır.

Azərbaycanda isə əksinə bu sahədə vəziyyətin pisləşdiyi bildirilir.
Təşkilatın nümayəndəsi, hesabatın layihə direktoru Karin Deutsch Karlekar:

“Azərbaycan da bizi narahat edən ölkələr arasındadır və qiymət olduqca pisdir.
Bu Qazaxıstan və Rusiyadakı vəziyyətə oxşayır.
Azərbaycanın xalı bu il jurnalistlərə qarşı zorakılıqların artması və informasiyaya çıxışı məhdudlandıran düzəlişlərin qəbuluna görə 2 bal aşağı düşüb.
Və biz bu ölkədə əks inkişaf, meyl aşkar eləmişik.

Rusiyaya gəldikdə isə bu ölkədə televiziya, radio və kütləvi informasiya vasitələrinin hakimiyyətin tam nəzarəti altında olduğu bildirilir.
XS
SM
MD
LG