Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:41

Bu səbədən SSRI və Qərb qələbəni müxtəlif günlərdə qeyd edirlər



Reymsdə Təslim Aktı imzalanandan sonra. Soldan sağa: General-mayor Susloparov, general Smith, müttəfiqlər ordusunun baş komandanı Dwight Eisenhower, Britaniya HHQ marşalı Arthur Tedder
Reymsdə Təslim Aktı imzalanandan sonra. Soldan sağa: General-mayor Susloparov, general Smith, müttəfiqlər ordusunun baş komandanı Dwight Eisenhower, Britaniya HHQ marşalı Arthur Tedder
-
1945-ci il mayın 7-də almanların Reyms şəhərində Avropadakı müttəfiq qoşunlarının baş komandanı Dwight Eisenhower-in qərargah rəisi, ABŞ ordusunun briqada generalı Walter Bedell, eləcə də Qərb cəbhəsində sovet hərbi nümayəndəliyinin başçısı general-mayor Ivan Susloparov alman komandanlığı ilə Almaniyanın heç bir qeyd-şərtsiz təslim olması barədə Akt imzaladılar. Bu sənəd mayın 8-də orta Avropa vaxtilə saat 23:01-də qüvvəyə mindi.

Mayın 8-də gecədən xeyli keçmiş Iosif Stalin-in təkidi ilə Berlin civarlarındakı şəhərdə, sovet marşalı Georgy Zhukov-un da iştirakıyla, həmin sənədi bütün tərəflər təsdiqlərkən, Moskvada artıq mayın 9-u idi. Qalib ölkələrdə eyni tarixi olayın rəsmi tarixləri arasındakı fərq bundan irəli gəlir. Mayın 7-də Reymsdə imzalanmış sənədi SSRİ-də və daha sonra Rusiyada «Almaniyanın kapitulyasiyası haqqında ilkin Protokol» adlandırırlar.

Bu olay Böyük Britaniyada mayın 7-də qeyd edilsə də, istər-istəməz, 8 mayla səsləşir, çünki məhz həmin gün Londondakı «Trafalqar meydanı»na və Bukinqem Sarayının önünə çox sayda insan toplaşıbmış. Kral George VI və Baş nazir Winston Churchill o sarayın eyvanından britaniyalıları salamlamışdılar.

2005 və 2010-cu illərdə qələbənin 60 və 65 –ci ildönümünü təntənə və təmtəraqla keçirən Böyük Britaniyada artıq 8 may şənlikləri sönük keçir. Hər halda jurnalistlərin əksəriyyəti belə düşünür.

İkinci Dünya Müharibəsində alman işğalı yaşayan Fransada 8 may bayramına münasibət birmənalı olmasa da, şənliklərin böyük miqyası daim diqqət çəkir.

8 may Almaniyada da bayram edilir, ancaq qələbə günü adıyla deyil, «Alman nasional-sosializmindən qurtuluş və Avropada İkinci Dünya Müharibəsinin başa çatdığı Gün» kimi.

BMT Baş Məclisinin təşəbbüsüylə, 2005-ci ildən bəri 8 və 9 may tarixləri Avropada «Anım və Barışıq Günü» kimi də qeyd olunur. Beləcə, heç kimə fərq qoymadan, İkinci Dünya Müharibəsinin bütün qurbanları yad edilir.
XS
SM
MD
LG