Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:38

Toplantı qaydalarını pozanlar daha sərt cəza alacaqlar


10 mart aksiyası
10 mart aksiyası
-
Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliyə əsasən, yığıncaq və mitinqlərin, nümayiş və küçə yürüşlərinin, eləcə də piketlərin təşkili və keçirilməsi qaydasını pozanların inzibati həbs müddəti artırılıb.

Qaydaları pozan təşkilatçı fiziki şəxs 1500 manatdan 3 min manatadək cərimə ediləcək və ya o, şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlərə cəlb olunacaq. Həmin şəxsə 2 ayadək (buna qədər 15 günədək nəzərdə tutulmuşdu) inzibati həbs cəzası da verilə bilər. Vəzifəli şəxslər 3 min manatdan 6 min manatadək, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək cərimə ödəməyə məcbur qalacaqlar.

Qanunla müəyyənləşdirilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketə qatılmağa görə 300 manatdan 600 manatadək cərimə və ya 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ayadək inzibati həbs gözə alınmalıdır.

Deputat Qüdrət Həsənquliyev bu dəyişikliyə etirazını bildirib. O deyib ki, vətəndaşlar öz konstitusiya hüquqlarından istifadə edir:

«Dövlət də bunda maraqlı olmalıdır. Kimsə icazəsiz aksiyada iştirak edibsə, buna görə ona 2 ay inzibati həbs tətbiq etmək insanlarda qorxu yaratmağa yönəlib. Bu, ölkəmizin imici üçün də mənfi haldır. Buna yol vermək olmaz».
XS
SM
MD
LG