Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:24

Elnur Aslanov: «Söhbət fikir azadlığının məhdudlaşdırılmasından getmir, sadəcə...»


Elnur Aslanov
Elnur Aslanov
-

«Bu gün informasiya texnologiyaları elə inkişaf edib ki, internetdə xüsusi nəzarət altında danışmaq çox çətindir.

İstənilən halda bütün sivil və inkişaf etmiş ölkələrdə irqçi, millətçi, gənc nəslin mənəvi tərbiyəsinə zərər verən məlumatların yayılması məhdudlaşdırılır».

APA-nın məlumatına görə, Prezident Administrasiyanın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə Milli Məclisdə internetdə təhqirə görə cərimə nəzərdə tutan qanunun qəbulunu belə şərh edib.

E. Aslanov qeyd edib ki, ABŞ-da 1966-cı ildən kommunikasiyalarda əxlaq normalarına dair qanunun müzakirəsi davam edir:

«Avropa Birliyində də bu məsələ ətrafında müzakirələr gedir. İnternet çox sürətlə inkişaf edən məkandır. İnformasiya texnologiyaları günbəgün dəyişir. Bu mənada hər bir dövlət bu sahəni müəyyən mənada tənzimləmək istəyir. Söhbət qətiyyən fikir azadlığın məhdudlaşdırmasından getmir, sadəcə internetin milli seqmentin normalarına uyğunlaşdırılmasından gedir».

Şöbə müdiri əlavə edib ki, əgər kimsə tənqid deyil, təhqir edirsə, bu, cəzasız qalmaya bilməz, əks halda proseslər anarxiyaya gətirib çıxara bilər.
XS
SM
MD
LG