Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:24

Aslan İsmayılov polisin onu niyə saxlamasından danışır


Aslan İsmayılov
Aslan İsmayılov
-
Mayın 17-də vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında saxlanıb. Dediyinə görə, ora bir neçə gün əvvəl saxlanan bloqqer Rəşad Ramazanovun taleyi ilə maraqlanmaq üçün gedib. Özü ilə bərabər mətbuat işçilərini də ora çağırıb:

«2 gündür vəkilinin Rəşadla görüşməsinə icazə vermirdilər. Biz bilirik ki, onun vəziyyəti pisdir. Çünki psixoloji durumu yaxşı deyildi. Məndə olan məlumata görə, demişdi ki, özünə qəsd edəcək. Şəxsən məndə onun sağ olub-olmaması ilə bağlı şübhə də vardı».

Aslan İsmayılov deyir ki, polislər ona yaxınlaşıb Nərimanov rayon Polis İdarəsinə dəvət ediblər:

«Mən getməkdən imtina etdim. Lakin zor tətbiq edilməsinin qaçılmaz olduğunu görüb maşına əyləşdim. Niyə çağırdıqları ilə bağlı tutarlı arqument göstərmədilər. Mən də bildirdim ki, Rəşad qanunsuz saxlanıb, ona qarşı zorakılıq edilib, bunu nazirə çatdırsınlar».

Vəkil deyir ki, o, idarədə olduğu müddətdə vəkili ilə Rəşadın görüşməsinə icazə veriblər:

«Rəşadın təcili müayinəyə ehtiyac var. Onu 1 saylı təcridxanaya yerləşdirməsələr, sabah yenə orda olacam».

Mayın 9-da həbs olunmuş dindar Rəşad Ramazanova Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 10-da Nərimanov rayon Məhkəməsi onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçib. İttiham sübuta yetirilərsə, R.Ramazanov 12 ilədək azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG