Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:30

Məşhur rəssamın əsərləri Bakıda!


Fransada Andy Warhol-un sərgisi, 2001
Fransada Andy Warhol-un sərgisi, 2001
-
İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Andy Warhol-un sərgisinin açılış mərasimi keçiriləcək.

Bu barədə Mədəniyyət və Turizm İdarəsi Heydər Əliyev Mərkəzinin rəsmi saytına istinadən məlumat yayıb.

Sərgi Heydər Əliyev Mərkəzinin ABŞ-ın Andy Warhol Museum-la əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunur.

Sentyabrın 9-dək davam edəcək «Life, death and beauty» («Həyat, ölüm və gözəllik») beynəlxalq sərgisində müəllifin fotoları, kino, musiqi, moda sahələrinin dünya şöhrətli ulduzlarının portretləri və digər əsərləri nümayiş etdiriləcək.

Sərgidə rəssamın 100-dək əsəri təqdim olunacaq.

XX əsrin möhtəşəm rəssamlarından olan Andy Warhol 1928-ci ildə ABŞ-da mühacir slovak ailəsində doğulub, 1987-ci ildə Nyu-Yorkda dünyadan köçüb.

O, rəssamlıqdan başqa incəsənətin bir çox növlərində özünü sınayıb.

O, incəsənətin geniş kütlələrə çatmasına, insanın onu əhatə edən adi şeylərdə belə gözəllik görməsinə çalışıb.

Vaxtilə ikiotaqlı mənzildə doğulmuş kasıb mühacir oğlunun varidatı ölümündən sonra 600 milyon dollar qiymətləndirilib.

Onun həyatından bədii və sənədli filmlər çəkilib.

2004-cü ildə «The Guardian»ın keçirdiyi «500 müasir görkəmli sənət əsəri» nominasiyasında onun məşhur «Marilyn Diptych» əsəri 3-cü yeri tutub.

Doğulduğu və torpağa gömüldüyü Pitssburqda 1994-cü ildə rəssamın muzeyi açılıb.

Orada ünlü sənətkarın 900 rəsm əsəri, 77 heykəltəraşlıq işi, 4000 fotosu, 4350 filmi nümayiş olunur.

Andy Warhol-un əsərləri hərraclarda satış rekordları qırır.
XS
SM
MD
LG