Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:41

Əliyevin Eurovision göstərişi münsiflərə təzyiq təhlükəsi yaradır


Rusiya təmşilçisi Dina Garipova Euroovision 2013 yarımfinalında "What If" mahnısını ifa edir
Rusiya təmşilçisi Dina Garipova Euroovision 2013 yarımfinalında "What If" mahnısını ifa edir

Eurovisionda Rusiyaya verilən səslərin itməsi haqda rəsmi Bakının ittihamlarına Avropa Yayımçılar Birliyi cavab verir. Bu cavabda prezident İlham Əliyevin məsələnin araşdırılması ilə bağlı göstərişinin bir sıra təhlükəli məqamları qeyd olunur.

AZƏRBAYCAN MÜNSİFLƏRİNİN PREZİDENT XOFU?

Eurovision təşkilatçıları belə bir sərəncama Azərbaycandan olan münsiflərin müstəqilliyinə potensial təhlükə kimi baxırlar. Onların fikrincə, Azərbaycanın hansı ölkəyə nə qədər xal verməsini araşdırmaq, ancaq SMSlərin aqibətini deyil, həm də yerli münsiflərin işini də yoxlamaq deməkdir.

Eurovisionun rəsmi saytında açıqlanan məlumatda bildirlir ki, son nəticələr yarıbayarı sms səsvermələri və peşəkar münsiflərin səsləri ilə müəyyən olunur və vurğulanır ki, Avropa Yayımçılar Birliyi peşəkar münsiflərin müstəqilliyinin qorunmasını ən vacib məsələ sayır.

ÜSTÜÖRTÜLÜ XƏBƏRDAQLIQ

Yazıda qeyd olunr ki, İctimai TV də daxil olmaqla bütün təşkilatçıların əsas vəzifəsi Eurovision mahnı yarışmasının siyasətdən kənar qalmasını təmin etməkdir. Bu fikrin ardınca isə xəbərdarlıq səslənir:

“Peşəkar münsiflərə olan istənilən şəkildə siyasi təzyiq, onların müstəqil işindən hər hansı formada yayındırılması, Eurovision Mahnı yarışması qaydalarının pozulmasıdır və müfafiq şəkildə nəzərdən keçiriləcək “

AZƏRBAYCANIN SƏSLƏRİ NOTARİUSLA TƏSDİQLƏNİB

Azərbaycandan verilən xalların tamamilə doğru olduğunu bildirən AYB-nin Eurovision rəhbəri Jan Ole Sand deyir ki, Rusiya Azərbaycandan gələn səslərin son nəticələrində ilk 10luğa düşmədi. "Ona görə də Azərbaycandan Rusiyaya heç bir xal hesablanmadı. Bu nəticə notarial qaydada həm səsvermənin keçirilməsinə məsul olan tərəfkeşimiz Digame şirkəti, həm də PwC (PricewaterhouseCoopers - red.) şirkətinin müstəqil müşaihdəçiləri tərəfindən təsdiq edildi" - deyə J.O.Sand bildirir.

AZƏRBAYCAN EUROVİSİON RƏHƏBRLİYİNƏ ŞİKAYƏT ETMƏYİB

Norveçin vg.no saytının jurnalistləri ilə söhbətndə isə J.O.Sand deyir ki, Azərbaycanın iddialarını ilk dəfə siyasətçilərin bəyanatları haqda xəbərlərdən eşitdi. Onun sözlərinə görə, səsvermənin nəticələri ilə bağlı nə Rusiyanın, nə də Azərbaycanın Eurovision nümayəndələyindən onlara müraciət edən olmayıb. Deyir ki, məsələnin belə bir yüksək siyasi səviyyəyə qalxması onu təəccübləndirir, səslənən ittihamları isə anlaşılmazlıqan başqa heç nə ilə izah edə bilmir.


ƏLAVƏ İNFO

Xatırladırıq ki, İsveçin Malmö şəhərində keçirilən Eurovision 2013 mahnı yarışmasının finalında Azərbaycan müğənnisi Fərid Məmmədov 2-ci, Rusiya təmçilçisi Dina Gapirova isə 5-ci yeri tutdular. Səslər elan olunarkən Rusiyadan Azərbaycana ən yüksək 12 xal verildi. Azərbaycan isə Rusiyaya heç 1 da xal vermədi.

Bazar ertəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirdi ki, Azərbaycan əslində Rusiyaya 10 xal vermişdi, lakin bu xallar yoxa çıxıb. Harada yoxa çıxıb, neçə yoxa çıxıb, səfirin sözlərinə görə, bunların araşdırılması haqda Azərbaycan prezidenti göstəriş verib.

Mayın 21-də Azərbaycan və Rusiya xarici islər nazirlərinin Moskvadakı görüşündə də bu məsələ haqda danışılıb.

XS
SM
MD
LG