Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:33

Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşa hazırlanır


Dövlət Gənc Tamaşaçılar Teatrı
Dövlət Gənc Tamaşaçılar Teatrı
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşanın məşqlərinə start verilib.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Birinci tamaşa görkəmli İtalyan dramaturqları Dario Fonun «Markolfa» və Pepino de Filipponun «Don Raffael Tranbomçu» əsərlərinin motivləri əsasında «İtalyan sayağı xoşbəxtlik»dir.

Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşanın bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur.

Tamaşada rolları Əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa edəcəklər.

Tamaşanın ictimai baxışı iyunun 6-da olacaq.

Növbəti tamaşa məktəblilərin yay tətilinə düşəcək.

Teatr azyaşlı tamaşaçıların televiziya ekranlarından yaxşı tanıdığı və sevə-sevə izlədiyi «Balaca və damda yaşayan Karlson»u öz tamaşaçılarına təqdim edəcək.

Bu tamaşa Azərbaycan Peşəkar Milli Teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunub və Beynəlxalq layihə çərçivəsində hazırlanıb.

Məşhur İsveç yazarı Astrid Lindqrenin eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Xalidə Əliməmmədova, Rövşən Abbasov, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Səfa Mehdi, Anar Seyfullayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Xəyal Salahov, Ramil Məmmədov, Gülbəniz Mustafayeva və başqaları rol alıb.

«Balaca və damda yaşayan Karlson» tamaşasının ictimai baxışı iyunun 27-ə planlaşdırılıb.
XS
SM
MD
LG