Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:50

Hekayə onluğu on-line səsverməyə çıxarıldı (Burda səs ver!)


"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
-

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az saytında keçirilən sorğuda oxuculara "Ədəbi Azadlıq-2013" müsabiqəsinin hekayə onluğundan ən çox bəyəndikləri müəllifə səs vermək imkanı yaradılır. (Hekayə onluğuna keçmiş müəlliflərin əsərləri burda)

Sorğu mayın 28-dən iyunun 3-cən (həmin gün də daxil olmaqla) davam edəcək.

Nəticələr əsasında 3 səbət formalaşacaq. 1-3-cü, 4-8-ci və 9-12-ci yerlər.

Müsabiqənin münsiflərinə təklif ediləcək ki, on-line səsvermənin nəticələrinə uyğun olaraq hər səbətdən yalnız 1 müəllifə əlavə bal versinlər, yəni 1-3-cü yerləri tutan müəlliflərdən birinə 7 bal, 4-8-ci yerləri tutan müəlliflərdən birinə 4 bal, 9-12-ci yerləri tutan müəlliflərdən birinə isə 1 bal versinlər.

Bu ballar həmin müəlliflərin müsabiqənin 1-ci (imzasız əsərlər arasından seçim) və 2-ci (onluğun seçilməsi zamanı) aldıqları ballara əlavə ediləcək.

Münsiflər heyətinin üzvü on-line səsvermənin nəticələrini qəbul etməyə də bilər. Amma əgər qəbul edəcəksə, onda səsvermə nəticəsində formalaşmış səbətlərə uyğun bal verməlidir. (Müsabiqənin ötən illərdəki təcrübəsi göstərir ki, münsiflər on-line səsvermənin nəticələrini əsasən qəbul edirlər).

Bir daha vurğulayırıq ki, on-line səsvermə ilə müsabiqənin qalibi müəyyənləşmir, amma bunun qalibin müəyyənləşməsinə təsiri ola bilər. On-line səsvermədə 1-ci olan yazar əgər müsabiqənin 1-ci və 2-ci mərhələlərində yüksək bal toplayıbsa, bu, onun baş mükafatı udmasına kömək edə bilər. Amma əvvəlki mərhələlərdə az bal yığanlar on-line səsvermədə birinci olsalar da, ümumiyyətlə mükafat almaya bilərlər. İki misal: 2011-ci ildə hekayə nominasiyası üzrə on-line səsvermənin qalibi olmuş Musa Əfəndi həm də müsabiqənin baş mükafatını qazanmışdı, ötən il hekayə nominasiyasında on-line səsvermədə 1-ci olan Reyhan Yusifqızının isə mükafatçılar sırasına düşmək üçün balı kifayət etməmişdi.

Onu da əlavə edək ki, "Ədəbi Azadlıq-2013" müsabiqəsinin onluğuna keçmiş yazarlar "Oxu zalı"nda dərhal çap edilmək haqqı qazanmış olublar (eynən əvvəlki illərdə müsabiqənin onluqlarına düşmüş bütün yazarlar kimi). Onların göndərdiyi əsərlər bundan sonra seçim üçün Münsifə göndərilmədən dərhal "Oxu zalı"nda çap ediləcək.

Hər kəsə uğurlar!
XS
SM
MD
LG