Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:27

Müxalifət Milli Şura razılığını əldə edir


Foto arxiv
Foto arxiv
-

Mayın 28-də Azərbaycanda demokratik qüvvələrin “Milli Şura”sı yaradıldı.

Bu barədə AzadlıqRadiosuna "El" hərəkatının həmtəsisçisi Eldar Namazov məlumat verib.

Onun sözlərinə görə, Müsavat, AXCP, ACP, ALP, KXCP partiyaları və EL hərəkatı təmsilçilərinin müzakirələrinə telefonla və Skypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qoşulublar.

Şuranın təsis bəyənaməsinin müzakirəsi və təkibinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr bir neçə saat davam edib.

Saat 3-dən başlanan müzakirələr axşam saat 10-can çəkib.

"Müzakirələrdə Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılıb. Milli Şuraya yüzdən çox Azərbaycanın ictimaiyyət nümayəndələri – hüquqşünaslar, QHT rəhbərləri, siyasətçilər, jurnalistlər və digərləri daxildir. Şuranın bəyannaməsi və digər sənədləri ilk toplantıda təqdim ediləcək". - deyə Eldar Namazov bildirib.

Onun sözlərinə görə, danışıqlar nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və təşkilatın tərkibi razılaşdırılıb. Qərara alınıb ki, 28 may 2013-cü il, Respublika gününün 95-ci ildönümündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılsın.

Eldar Namazov həmçinin bildirib ki, yaxın günlərdə Milli Şuranın ilk toplantısında şuranın bəyannaməsi və tərkibi təqdim ediləcək.


Xatırladırıq ki, üzun müddətdi Azərbaycanın müxalifət düşərgəsində müzakirə olunan Milli Şüra ideyasının mayın 28-i, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 iliyinə qədər reallaşacağı, M.Ə.Rəsülzadənin Novxanıdakı heykəli önündə keçirilən ənənəvi mitinqdə isə elan olunacağı gözlənilirdi. Lakin mitinqdə müxalifət liderləri elan etdilər ki, yeni birliklə bağlı məsləhətləşmələr hələ davam edir.

Hakimiyyətyönlü siyasətçilər isə Milli Şüradan ehtiyyat etmədiklərini bəyan edir, müxalifəti Rusiya ilə əlbir olmaqda ittiham edirdilər.
XS
SM
MD
LG