Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Əli Həsənov: «Bu gün milli qüvvə Yeni Azərbaycan Partiyasıdır»


Əli Həsənov
Əli Həsənov
-

«Ölkədə siyasi prosesləri, xarici siyasət məsələlərini nəzərdən keçirərkən, bir reallığı nəzərə almaq vacibdir. Bəzən hakimiyyətdə olan qüvvələr mürəkkəb şəraitdə mühüm məsələlərlə bağlı qərarlar qəbul edir. Çünki bu qərarlar xalqın mənafeyi, onun qarşısında öhdəliklər, dövlətin gələcəyi ilə bağlı məsuliyyət prizmasından dəyərləndirilir».

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının iyunun 3-də keçirilən hesabat konfransındakı çıxışında deyib.

Şöbə müdiri Azərbaycan iqtidarının da xalqın qarşısında öhdəliyi, Azərbaycan prezidentinin xalq qarşısında andının olduğunu vurğulayıb:

«Dövlət başçısı dövlətin müstəqilliyinin, xalqın təhlükəsizliyinin qarantıdır. Azərbaycan hakimiyyəti milli maraqlardan və hisslərdən kənarda qala bilməz. Biz hər xırda məsələdə belə Azərbaycan xalqının mənafeyini, rəyini nəzərə alırıq. Ola bilsin, bəzən bu qərarlar, müxtəlif məsələlərə dair mövqeyimiz bəzi qonşu dövlətlərin, yaxud beynəlxalq güclərin xoşuna gəlmir. Çünki biz milli maraqlara zidd, kimlərinsə mənafelərinə uyğun danışa bilmərik. İndiki hakimiyyət milli hakimiyyətdir. Azərbaycan müxalifəti isə milli maraqlardan, millilikdən uzaqlaşıb. Müxalifət öz məqsədlərinə nail olmaq, hakimiyyətə gəlmək üçün istənilən fikri işlədir, istədiyi qüvvələrlə əməkdaşlığa gedir. Müxalifət ölkənin və regionun reallığını nəzərə almadan, dünyada gedən proseslərin mahiyyətini anlamadan əsassız, populist, boş bəyanatlar verir. Əfsuslar olsun ki, hələ də vətəndaşlarımızın arasında bu poplulizmə inananlar var. Biz iqtidar olaraq, bu ölkənin hər bir qarşı torpağını, hər bir vətəndaşın taleyini düşünürük. Müxalifət isə seçki təbliğatı ilə məşğuldur.

BU GÜN MİLLİ QÜVVƏ YAP-DIR

Əvvəlki seçkilər ərəfəsindəki zamanlarla hazırkı vəziyyəti müqayisə edin. Məgər müxalifətin indiki iddiaları seçki təbliğatı deyil? Müxalifət istənilən ölkəyə, xarici qüvvəyə hakimiyyət ehtiraslarından çıxış edərək yanaşır. Üzərilərinə milli maraqlarımıza zidd öhdəliklər götürürlər, yenə də dəstək qazana bilmirlər. İqtidarın isə Azərbaycan xalqının qarşısında böyük məsuliyyəti və öhdəlikləri var. Azərbaycan prezidentinin atdığı hər bir addım, dediyi hər bir söz milli maraqlarımızın, xalqımızın milli dəyərləri üzərində qurulub. Bu gün cənab prezident seçki təbliğatı ilə məşğul olmur. O, ölkəmizin milli maraqlarını qorumaqla məşğuldur. Müxalifət isə fəaliyyətini bu işə mane olmaq üzərində qurub. Əlbəttə, onlar buna nail ola bilməyəcəklər. Buna görə də biz tam haqlı olaraq deyirik ki, müxalifət milli maraqlardan uzaqlaşıb. Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin rəyi də bunu təsdiq edir. Məhz bu səbəbdən müxalifət xalqın dəstəyini qazana bilmir və nəzərlərini xarici anti-Azərbaycan dairələrin dəstəyinə yönəldib».

Ə. Həsənov bildirib ki, bu gün milli qüvvə Yeni Azərbaycan Partiyasıdır:

«Bu gün milli lider xalqımızın maraqlarını təmin edən, ölkəmizi sürətli inkişafına, cəmiyyətin rifahına nail olmuş cənab İlham Əliyevdir. Prezident İlham Əliyev xalqın və dövlətin qayğıları ilə yaşayır. Müxalifət isə xalqın hissləri və mənəviyyatı ilə alış-veriş edir. Biz buna görə çox üzgünük».
XS
SM
MD
LG