Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:52

Bakıda Beynəlxalq Xəzər neft və qaz konfransı keçirilir


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
-

İyunun 5-də Bakıda «Neft və Qaz, Neftayırma və Neft kimyası» mövzusunda konfrans işə başlayıb. 600 nümayəndənin qatılacağı konfransda 50-dən çox məruzə səslənəcək.

Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və «ITE Group PLC» şirkətinin baş müşaviri Andrew Wood açıblar.

Konfransda ARDNŞ prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, ABŞ Dövlət Departamentinin enerji siyasəti üzrə dövlət katibinin köməkçisinin müavini Amos Hochstein, İsrail Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Michael Lotem və digərləri çıxış ediblər.

Konfrans iyunun 4-dən 7-dək davam edəcək. Tədbir «20-ci Xəzər Neft-Qaz Sərgisi» çərçivəsində keçirilir.
XS
SM
MD
LG