Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33

Səfir Morningstar: «Müxbirlər hadisələri gördükləri kimi xəbərləməkdə azaddırlar»


-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar iyunun 6-da AzadlıqRadiosunun «Oxu Zalı» portalının keçirdiyi «Ədəbi Azadlıq» müsabiqəsində çıxış edib. O, radionu 60 illik yubileyi münasibətilə təbrik edib:

«Altmış ildir AzadlıqRadiosu mühüm xəbər mənbəyidir. «Soyuq Müharibə»nin qara günlərində və hazırda regionda Azərbaycan və digər ölkələr üçün artan müstəqillik və qlobal inteqrasiya kimi daha işıqlı bir dövrdə. Siz Bakıda çox şeylə fəxr edə bilərsiniz. Siz mühüm sosial və siyasi məsələlər barədə güclü reportajlar hazırlamısınız. Müxbirlərinizdən bəziləri, Xədicə İsmayılova daxil olmaqla, əla reportajlarına görə nüfuzlu beynəlxalq mükafatlar alıblar. Sizin jurnalistika Azərbaycanda obyektiv və müstəqil jurnalistika üçün çox vacib bir modeldir.

AzadlıqRadiosunun necə bir radio olması barədə düşünün. Birləşmiş Ştatlar bu radionu maliyyələşdirir, ancaq biz heç kimə nəyi demək lazım olduğunu söyləmirik. Siz istədiyinizi deməkdə və xəbərləməkdə azadsıınız. Əslində, nəyisə başqa cür deməyinizi arzuladığım vaxtlar da olub, xüsusən məni tənqid etdiyiniz vaxtlar (zalda gülüşmə). Ancaq mən ifadə azadlığını anlayıram. Bu qurumun böyüklüyü də bundadır. Ancaq hökumət bunu anlamır. Onlar anlamırlar ki, biz AzadlıqRadiosunun dediyinə nəzarət edə bilmərik. Deyirlər «Onlara necə imkan verirsiniz istədiklərini desinlər?». Mən də deyirəm, əsas məsələ bundadır. Müxbirlər istədiklərini deməkdə, hadisələri gördükləri kimi xəbərləməkdə azaddırlar. Onların məni, yaxud sizi tənqid etməsinin əhəmiyyəti yoxdur. Bu seçimdə azaddırlar.

«... AZAD MEDİA MÜHİTİ ÜÇÜN ÇALIŞIRIQ»

60 illiyiniz ABŞ-ın media azadlığına sadiqliyini bir daha bildirmək üçün yaxşı imkandır. Biz səfirlik olaraq Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və media mənsubları ilə işləyib etik, professional və azad media mühitini irəlilətmək üçün çalışacağıq. Tarix dəfələrlə göstərib ki, ölkələr təməl sabitlikləri üçün ifadə azadlığına borcludur.

«Oxu Zalı»nın «Ədəbi Azadlıq» müsabiqəsinin uğurunu qeyd etmək üçün burdayam. «Oxu Zalı» Azərbaycanda onlayn kitabxana sahəsində bir ilkdir. Bu kitabxana siyasəti üstələyir və medianın ənənəvi rolunu genişləndirir. Səhifəyə hər ay on minlərlə ziyarətçi baş vurur və “Oxu Zalı” Azərbaycanın gözəl ədəbiyyatını və ədəbi ənənələrini canlandırmağa yardım edir. Müsabiqəyə 250-dən çox şəxs qatılıb. Rusiyadan, İrandan, İsveçdən gələnlər var. Azərbaycanın ədəbi ənənələrinə töhfə verdiyinizə görə, Səfirlik adından bütün iştirakçılara vaxtlarını sərf edib əsərlər yaratdıqlarına və müsabiqəyə təqdim etdiklərinə görə təşəkkürlərimi bildirirəm.

Böyük Azərbaycan şairi Nizami yazıb:

«Qızılı saymaqda bil ki, səhvin var
Dünyanın gözünü ağıl parladar»...


Bu sitat həm gözəldir, həm də həqiqəti əks etdirir. Biz bu gün müəlliflərin nümunəsində də bunu görürük. Əsərlərinizi təqdim etdiyinizə görə təşəkkürlər. Bir daha çox sağ olun».
XS
SM
MD
LG