Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:41

Həbsxanada etiraz


Foto: Arxiv
Foto: Arxiv
-
Mediada 16 saylı cəzaçəkmə müəssisəsində məhbusların qiyam qaldırması haqda məlumatlar yayılıb. Məlumata əsasən, məhbuslar saxlanma şəraitinin yaxşılaşdırılmasını və rəhbərliyin onlarla yumşaq davranmasını tələb edirlər.

Mətbuatda Ədliyyə Nazirliyinin xüsusi təyinatlı qrupunun həbsxanaya yeridildiyi bildirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, heç bir qiyam baş verməyib:

«Bir qrup cinayətkar aləmə meylli məhkum özlərinə xüsusi imtiyazların yaradılmasını tələb ediblər. Rəhbərlik onlara izah etdi ki, bu, daxili intizam qaydalarına və qanunvericiliyə ziddir. Lakin onlar tələblərində israrlı oldular. Onlara qarşı xüsusi vasitələr tətbiq edilib, 3 məhbus cərimə təcridxanasına salınıb. Penitensiar Xidmətin qurumları araşdırma aparır».

Mehman Sadıqov qeyd etdi ki, Penitensiar Xidmətin xüsusi təyinatlı dəstəsi cəzaçəkmə müəssisəsinin ətrafına toplansa da, onlardan istifadəyə ehtiyac qalmayıb.
XS
SM
MD
LG