Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:40

Amerikalıları izləyən sistem haqda məlumat verən adını açıqladı


Edward Snowden
Edward Snowden
Milli Təhlükəsizlik Agentliyində və Mərkəzi Kəşfiyyat İdarəsində işləmiş olduğunu iddia edən 29 yaşlı amerikalı etiraf edib ki, ABŞ-ın məxfi izləmə proqramı haqda məlumatı qəzetlərə məhz o ötürüb. Edward Snowden deyib ki, onun bu hərəkətinə səbəb- onun fikrincə, ABŞ-da hər bir amerikalını güdən və heç kim qarşısında cavabdehlik daşımayan, məxfi casusluq sistemi yaradılmasıdır.

Snowden deyir: "Mənim fikrimcə, ictimaiyyətin haqqıdır soruşa ki, demokratik modeldən kənar olan bu qərarları verənlərin motivləri nədir?."

Keçən həftə Washington Post və Guardian qəzetləri ABŞ-ın məxfi xidmətinin adamların Verizon şirkəti ilə telefon danışıqlarına, Google və Facebook-dan isə adamlar haqda məlumatları necə toplamasından detallı yazılar vermişdi.

Bazar günü Guardian Snowdenin xahişi ilə onun adını açıqladı. Guardian Snowdenlə müsahibəni də dərc edib. Ehtimala görə, o, müsahibəni Honq Konqdan verib. Hazırda onun məhz burda olduğu güman olunur.

Guardian Snowdendən müsahibə alarkən onun olduğu hoteldə şəkli də çəkilib və Guardian Snowdenin şəklini də verib.

Mərkəzi Kəşfiyyat İdarəsi bu məlumatları şərh etmək istəməyib. ABŞ rəsmiləri isə belə iddiaları məsuliyyətsiz və təhlükəli adlandırır.
XS
SM
MD
LG