Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:21

ABŞ səfiri Zaur Qurbanlıdan danışdı


ABŞ səfiri siyasi məhbuslar haqda
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

ABŞ səfiri siyasi məhbuslar haqda

-
İyunun 14-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar NİDA-çı Zaur Qurbanlının səhhətindən narahatlığını ifadə edib. O, AzadlıqRadiosunun sualını cavablandırarkən deyib:

«Biz səfirlik olaraq bütün məhbuslarla humanist davranılmasına çağırırıq və çalışırıq. Talassemiyadan əziyyət çəkən Zaur Qurbanlının vəziyyətini nəzərə alaraq, ona ən yüksək səviyyədə tibbi xidmət göstərilməsinə çağırırıq. Azərbaycandakı siyasi məhbuslarla bağlı biz hökuməti sübutlara əsaslanaraq, açıq, şəffaf və ədalətli məhkəmə prosesini həyata keçirməyə səsləyirik».

«HƏKİN NƏZARƏTİNDƏDİR»

Bir qədər əvvəl Zaur Qurbanlının anası və vəkili onun səhhətinin ağırlaşdığını demişdilər. Buna görə gənc fəal barəsindəki həbs qərarının ev dustaqlığı ilə əvəz olunmasını istəmişdilər. Ancaq bu müraciət rədd olunub. «Amnesty International» da Azərbaycan hökumətini NİDA-çını azadlığa buraxmağa çağırıb.

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, Zaur Qurbanlı müayinədən keçirilib. Onu nəinki xidmətin həkimləri, həmçinin kənardan dəvət edilmiş mütəxəssislər də tibbi yoxlamadan keçiriblər:

«Zaur Qurbanlı həm ultrasəs müayinəsindən keçirilib. Həm Hematologiya İnstitutundan mütəxəssislər gəlib müayinədən keçiriblər onu. Eləcə də bizim həkimlər müalicə edirlər. Yəni, həkim nəzarətindədir. Durumu da qənaətbəxşdir. Bəli, talassemiya daşıyıcısıdır. Amma yenə deyirəm, fiziki durumu normaldır».

7 NİDA-ÇI ÇIXMAYINCA...

Zaur Qurbanlının anası Səkinə Qurbanova oğlu ilə görüşə bilməsə də, onun müayinə edilməsindən xəbərdar olduğunu deyir. Amma ana yenə də narahatdır.
Zaur Qurbanlı
Zaur Qurbanlı

«Ona həkim baxıb. Penitensiar Xidmət mütəxəssis çağırıb. Qan götürüblər, ayağına baxıblar, USM-dən keçiriblər. Dərman da atır, müalicə də edirlər. Mənə də deyib ki, 7 nəfər NİDA-çı çıxanda, mən də burdan çıxacam, onlar azad olunmayanadək mən də həbsxanada qalacam. Mən çox istəyirdim ki, ev dustağı olsun, özüm evdə baxım, qulluğunda durum, özüm müalicə etdirim».

Ana talassemiya daşıyıcısı olan oğlunun qapalı müəssisədə qalmasından narahatdır:

«Orda havasız şəraitdədir. Xəstəlik də bu üzdən kəskinləşmişdi. Deyirlər ki, başlayıblar müalicəyə. Deyirdim evə buraxmasınlar, lap xəstəxanada müalicə edilsin. Amma yenə də həbsxanada olmasın. Xəstəxanaya keçirilməsini də istəmədi... Narahatlıq öz yerindədir. Xəstə iki günə sağalası deyil. Narahatam».

Hazırda 9 gənc fəal həbsdədir. Onlardan 7-si «NİDA» Vətəndaş Hərəkatının, (Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı), biri - İlkin Rüstəmzadə Azad Gənclik Təşkilatının üzvüdür. NİDA-çılar narkotik və qanunsuz silah saxlama, İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur. AXCP fəalı Daşqın Məlikov da qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və ya satma maddəsi ilə ittiham olunur.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» gənc fəalları vicdan məhbusu sayır.
XS
SM
MD
LG