Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

"Qatil" (Seçmə hekayələrdən)


Ruslan Mollayev
Ruslan Mollayev
-

Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Ruslan Mollayev


QATİL


Aktrisa

Bir qadınla tanış olursan. Çox keçmir sənə aşiq olduğunu bildirir. Onu tam tanımadığından, əsilində, özünə deyil, içindəki qüvvəyə aşiq olursan və o, birdən qeyb olur.

Əllərinin qanını yuya-yuya “bu son iş idi”- deyib, həyat tərzində dəyişiklik üçün axşam çağına teatra getməyi planlaşdırırsan. Pərdələr açılır və səhnədə o, peyda olur. Ürəyinin döyüntüsünü yanında oturanlar da eşidir. Dəyəsən, telefonunuz zəng çalır - deyə, sizə pıçıldayırlar. Özünü ələ alıb diqqətlə tamaşaya baxırmış kimi səhnədəki aktyorların birinə çevrilirsən və bir anda hər şey donur. Təkcə onun dodaqları bir-birinə dəyib açılır. Əlləri havada yellənib saçlarına girir. Kirpiklərini tələsmədən yumub açır. Birdən bu gün səhər öldürdüyün qatilin can verməsini xatırlayırsan…

Səhnənin ortasında közərə-közərə artan işığın altında iblis paltarını geyinmiş biri dayanır. İblis onun qanadlarını açır. O isə monoloq söyləyir. Deyilən cümlələrə heyrətlənirəm, nəhayət, nədən birdən onun qeyb olduğunu anlayıram. Səhnədə deyilən sözlər, jestlər, hamısı mənimlə görüşdə işlətdiyi kəlmələrdi. Bu, bir tamaşanın məşqi imiş. O tamaşaya tam hazır olduğundan qeyb olub. Ağ mələk paltarını geyinmiş aktrisa, cümlələri söylədikcə mən də onunla birgə deyirdim. Yanımda oturan tamaşaçı dirsək vurub sakit olmağımı istədi. Tamaşaçının qulağına pıçıltı ilə – “bax indi adama çevrilib səhnədən yox olacaq” söylədim.

- Baxmısız? Axı bu premyeradır!

Ona fikir vermədən tamaşanı izləməyə davam elədim.

Tamaşaçı təəccüblü halda üzümə baxırdı. Elə bil tamaşa üzümdə gedirdi. Pərdələr bağlandı.

Qrim otağı. Əlimi aktrisanın ətəyinin altına saldım.

O gözlərini yumub həzz ala-ala: “Bilirdim gələcəksən. Bəyəndin özünü?”- soruşdu.
Cavab olaraq silahı içinə saldım. Diksindi, gözləri bərəldi, sifətinə qorxu yayıldı, gülümsündü və mən atəş açdım. Ağ rəngli mələk paltarı qan oldu, bir-iki damcı da güzgüyə sıçradı. Masanın üstündəki pambıqla qanı güzgüyə yaydım, bir tərəfi pamada idi. Qadın qoxusu ilə ölüm qoxusunu içimə çəkib, getdim.

Mən necə qatil oldum

Hanzaqor dağından yenicə düşmüşdük, Mazımqara postu üçün darıxmışdım, körpünün o biri tərəfində gürcü əsgərləri bir yerə yığışıb deyib gülürdülər.
Dan yeri sökülürdü, havada qəribə füsünkarlıq vardı, elə bil göydə qırmızı boya dağarcığı partlayıb yer üzünə damırdı. Duman dağın döşünə düzülmüş ağaçların boynuna kəlağayı kimi sarılmışdı. Körpünün altından pıçıltı ilə axan Mazımçay ətrafı daha da sehirliyirdi. Hava artıq açılmışdı, uzaqdan görünən həyət evlərinin aralarındakı yoldan ara bir maşınlar keçirdi. Axramda dayanan dağa böyük hərflərlə “Azərbaycan” yazılmışdı. Ona hər baxanda içimdə qəribə hisslər oyanırdı, yəgin ki, bu, fəxr hissi idi, əlimdəki silah sərhəddə dayanmağıma xüsüsi cəsarət verirdi.
Yuxarı kənddən maşın səsi gəlir: “Uaz”dır.

Qara kişi: Sabahın xeyir, oğul! – deyib, maşını aşağı “şlaqbauna” gedən yolda saxladı. Səhərlər bazara toyuq-cücə aparırdı. Maşını elə köhnə idi ki, bir az bərk sürsəydi, ayrı-ayrı hissələrə ayrılacaqdı. Zastava rəisi ondan danışmışdı bizə: Tək yaşayırdı, yoldaşını Katexçay şəlaləsindən bir neçə kilometr yuxarda (V əsrə aid olan Katex kilsəsinin yaxınlığında) odun yığarkən ayı parçalayıbmış. Qara kişinin üzünə baxanda deməzdinki həyatından narazıdı: qırmızı dolu yanaqları və gülər üz sifəti vardı. Ümumiyyətlə, bu ərazinin insanlarında havasına uyğun qəribəliyi vardı.

Eramızdan əvvəl 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı: Alban ərazisində olan bu torpaqların əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur.

- Neçə ayın qalıb? Artıq günlərmi saydığmı dedim. Sevindi, – ah nə gözəl, hərbi bileti alan kimi uşaqları da götür gəlin bizə, sizi zirzəmi çaxırına qonaq edim, toyuq – cücədən də kəsərik. Bilmirəm niyə, amma birdən uşaq kimi “mən toyuq yemirəm” – söylədim. Elə bil bu dəqiqə toyuğu boğazıma dürtürdü.

- Niyə a bala? Ondan təmiz nemət var?

…Altıncı sinifdə oxuduğum vaxtlardı. Üzməyi hələ bilmirdim və mənə suyun altında üzənlər çox maraqlı gəlirdi. Nəfəsimi tutub neçə saniyə havasız qala biləçəyimi ölçürdüm. Sonra bunu vedrədə yoxladım, daha sonra toyuğu tutub həyətmizdəki arxa saldım. İstəyirdim o da ördəklər, qazlar kimi üzsün, başını bir- iki dəfə suya salıb, çıxartdım. Sonra biraz saxladım və o öldü. Nənəmin ən sevimli ağ toyuğlarından biri idi. Tətilə qonaq gəldiyim üçün mənə heç nə demədi. Qorxmuşdum, diksinmişdim. Babam gözümün qarşısında basdırdı onu və: belə etmək olmaz,- dedi. Dayım xeyli gülmüşdü, həmən günün səhərindən əzab verə – verə olsa da, üzməyi öyrətdi mənə. Və o gündən toyuq yeyə bilmirəm.

Qara kişi: – sən gəl, gəl, – deyib, dodağının altında gülə-gülə maşına minib getdi. Kənd camaatı rahat şəkildə postdan gəlib keçə bilirdilər, çünki buralar bizim ərazi sayılırdı. Amma əslində, xidmətdə olduğum üçün onunla danışmamalıydım.

Duman artırdı, xidməti daha gücləndirdim. Belə məqamda xidmət səslə aparılır. Göz uzağı görmədiyi üçün diqqət daha çox səsə verilir. Arxamdakı dağın ətəyində aşağı posta kimi balaca arkolar tikilmişdi, çox vaxt buralarda iki it yatırdı. Bir dişi, bir erkək. Bir- birinə söykənib yatmışdılar. Elə şirin yatmaqlarına baxıb həsəd aparırdım. Onlara indi nə dərəcədə yaxşı olduğunu ağıllarına belə gətirmirdilər.

O tayda, uzaqdan it səsləri eşidilirdi, gürcü əsgərləri dağlışmışdı, postları boş idi, deyəsən. Çay öz axarıyla axırdı. Aşağı – Gömrük Postunda yoxlanış üçün dayanan “Tır”ın yiyəsi motoru işə salıb, qızdırırdı. Onun nə qədər yol gəldiyini, onu gözləyən ailəsini düşündüm və birdən itlərin səslərini çox yaxında eşidib, fikirdən ayıldım. Körpünün tən ortasına kimi gəlib dayandılar və başladılar bir- biri ilə oynamağa. Bir az əvvəl erkək itin yanında uzanmış dişi it yanımdan keçib getdi. Şlaqbaunun qarşısında dayanıb onlara baxdı. Erkək it yatmışdı. Bu səhnə, bu görüntülər heç vaxt yadımdan çıxmayacaq. Dişi it çevrilib “sevigilisinə” baxdı və şlaqbaunun altından keçib getdi. O biri itlərə az qalmış ayaq saxlayıb oturdu. İtlər oyana-oynaya buna tərəf gəldilər, onu qoxluyurdular. Birdən biri onu dişlədi, biri cumdu üstünə, o, zingildəyib geri qayıtmaq istəyəndə qarşısını kəsdilər. Erkək it səsə başını qaldırdı və axsaya-axsaya körpüyə tərəf gəldi. Dişi iti zorlayırdılar, erkək itin gözləridə uçurum vardı. Birdən onlara tərəf cumdu, üç it onun qarşısını kəsib, mırıldadılar. Çayın səsi gəlmirdi, ağaclar, hava – hər şey donmuşdu. Erkək it axsaya-axsaya dala qayıdıb, yerində uzandı. Onlar hamısı, bir-bir dişi iti zorlayıb getdilər. Dişi it də heç nə olmayıbmış kimi qayıdıb, erkək itin ayaqları tərəfdə uzandı. Ekrək it aram – aram dərindən nəfəs alırdı. Dişi itin bədəni isə saat kimi vururdu.

Göy gurultusu ilə yağışın ilk izi eynı vaxtda oldu. Avtomatın qundağı ilə dişi itin başına dayanmadan vururdum. Macal tapıb başını qaldıra bilmirdi, erkək it isə sadəcə baxırdı. İtin beynini tamam dağıtdım. Səsə çıxıb olanları gördülər və məni həbsə yolladılar.

Yenə xidmətdə idim, erkək it daha buralarda görünmürdü, Qara kişi maşın ilə aşağı postun şlaqbaundan keçib qarşımda saxladı, maqnitafonunda acar rəqsi səslənirdi, xodunu alıb : “Salam oğul, eşitdim həbsə düşmüşdün. Başın sağ olsun, amma de görüm, o iti nə üçün öldürdün? Üstüvə cumdu? Ondan bir neçə gün bundan qabaq erkəyi maşının qabağına çıxmışdı. Deyəsən, ayağının üstündən keçdim. Yəgin qancıq onun üçün acıqlı olub. Əsas odur canın başın salamatdı. Nə oldu təxris olunmursan?..”

Təxris olduğum gün Qara kişini öldürdüm və beləliklə mən qatil oldum.

Harakiri

Bütün olanlara üz çevirib, uzun yola çıxırsan, hər atdımında suyun içində gedirmiş kimi torpaq ətrafa yayılır. Arxaya çevrilib baxanda ardınca səkkiz nəfərin gələdiyini görürsən. Anlayırsan ki, bu yola tək sənin deyil, sənin kimi bir neçə samurayların yoludur.

Hamı duz xətt üzərində çayın kənarında oturub, dua oxuyur, harakiri etməyə hazırlaşır, üzü dağlara dayanan ağ saçlı nurani kişinin fleytada ifası adamı yatızdırırdı. Məndən başqa hamı gözlərini yunmuşdu. Bura cəsarətlə gəlsələr də, ölümə hazır olmadıqları açıq şəkildə görünürdü. Qılıncın altında oturan samuray biraz qabağı əyilsə, dostu onun ölümə hazır olduğunu biləcək və nə etməlidirsə, onu həyata keçirdəcəkdi. Hər kəsin qarşısında dəstəsi ağ parçaya bələnmiş xəncər var idi. Fleytada çalınan həzin musiqi dağlara dəyib suya düşürdü, əsən sərin külək meşənin hündür ağaclarını rəqs etdirirdi. Birazdan bu ölüm maşınların qanı öz əlləri ilə torpağa töküləçəkdi. Çayın o biri tayında, ağacın arxasından qadın gördüm. Tək deyil, tanıdım, samurayların arvadlarıdı.

- Durun, durun deyirəm sizə, aç gözlərini, qılıncı çək onun başından.

Musiqi dayanan kimi qadınlar ağacların arxasından çıxdılar.

Bir o tərəfə baxın, onlar necə sizin ölməyinizi gözləyir. Məni başa düşürsüz? Bu ritual onlar tərəfindən düşünülüb. Sən, mən onlara görə vuruşmuşuq və bu gün onlar istədiklərinə çatıblar. Bundan sonra yalnız siz onlara mane ola bilərsiniz. Başa düşürsüz? Ağsaqqal üzünü çaydan çəkmədən – sən kimsən? Bu torpaqlarda nə qəzirsən,- soruşdu. Rahatlıq üçün buralara tez – tez gəldiyimi söylədim.

Onlar sadiq qalacağlarına and içiblər, başqa yolları yoxdur. Samurayın həyat və yaradıçılığı ölümə hazırlıqdı,- dedi.

Yanımda dayanan samuray birdən xəncəri özünə sancdı və harakiri elədi. Çayın o tayında yeddi qadın əllərində qılınc suya girib bizə tərəf üzürdülər. Samurayların hər birini ayağa durğuzub döyüşməyə səslədim. Hər kəs yenə diz üstə oturub, başını aşağı saldı . Qadınlar sahilə az qalırdılar.

Özünü öldürmüş samurayın xəncərini götürüb meşəyə doğru qaçdım. Fleytanın həzin səsi yenə bütün meşəyə yayılırdı. Səs yenə birdən kəsildi, çayın kənarında olan hamını öldürmüşdülər. Qadınları tapıb bir-bir həmən o xəncərlə, qarınlarının sol tərəfinə batırıb sağa doğru sonra isə horizantal çəkib, göbəylərini iki yerə böldüm və hər qadını qətlə yetirəndə o, yadıma düşürdü, əlimi nəbzlərinə qoyub son vuruşa kimi onların necə öldüyünü hiss edirdim. Məhz bu baş verənlərə görə, mən indi sizin qarşınızdayam.

- Müttəhim kimi sizin istəyiniz nədir?

- Onları bağışlayın!

2012
XS
SM
MD
LG