Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Ə.Həsənov: «Bəziləri ölkədə yaxşı nə varsa öz adına çıxır, pis olanları isə...» [Video]


Əli Həsənov: İqtidar bu gün var, sabah yox...
Gözlə

No media source currently available

0:00 0:06:16 0:00
-

«Bəziləri ölkədə yaxşı nə varsa öz adına çıxır, pis olanları isə dövlətin üzərinə atırlar. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübarizə aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər».

Bunu iyulun 11-də jurnalistlərin 6-cı qurultayında çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.

İQTİDAR BU GÜN VAR, SABAH YOXDUR

Əli Həsənov vaxtilə müstəqillik uğrunda hərəkat dalğasında yaradılan «Azadlıq» qəzetinin indi xaricdə Azərbaycan haqqında dərc olunan mənfilikləri çap etməsindən şikayətlənib. O, Azərbaycanda fəaliyyət göstərmiş keçmiş xarici diplomatların yazılarının da «Azadlıq» qəzetində dərcindən narazılıq edib:

«Əlbəttə, onların hamısı diplomat deyil. Onların arasında xüsusi xidmət orqanlarının nümayəndələri var ki, Azərbaycana başqa məqsədlərlə gəlirlər. Bəziləri öz missiyasını başa vurmamış hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyət göstərməkdə davam edirlər. «Azadlıq» həmin adamların Azərbaycan əleyhinə materiallarını dərc edir. Onların anti-Azərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır. Bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir. İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir. Jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bir ölkənin vətəndaşıdır. Biz peşəmizi məgər milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında bəzən hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var».

AZƏRBAYCANDAN QİSAS ALIRLAR

«Freedom House»da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. «Human Rights Watch»da olan Rebecca Vincent gündə «Əl-Cəzirə» telekanalında danışır. Vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan ordan uzaqlaşdırılan bir xanımdır. Nədənsə o, bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub.

««Eurovision» mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanım bir toplantı təşkil etmişdi. Demişdi ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir və Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayəndəsi ilə birlikdə İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, Azərbaycan dövlətinə qarşı müharibə elan edib və bunu sona qədər davam etdirəcək. Mən ona dedim ki, cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqının qarşısında öhdəlik daşıyır».
Əli Həsənov Azərbaycan Jurnalistlərinin 6-cı Qurultayında. 11 iyul 2013
Əli Həsənov Azərbaycan Jurnalistlərinin 6-cı Qurultayında. 11 iyul 2013

Ə. Həsənov jurnalistlərə deyib ki, «Azərbaycan hakimiyyətini tənqid edin, icra strukturlarından yazın, məmurların fəaliyyətini tənqid edin. Dəfələrlə ölkə prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid edib. Amma bir az vətənpərvərlik hissinizi, məsuliyyətinizi unutmayın».

HAKİMİYYƏTƏ İDDİALI OLANLAR FƏRQLİ DÜŞÜNƏNLƏRİN AĞZINDAN VURACAĞINI SÖYLƏYİRLƏR

Şöbə müdiri deyib ki, bizim də səhvlərimiz var. Ancaq Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət görməmişik.

«Bizi əvəz etməyə çalışanlar sizə vəd edir ki, fərqli düşünənlərin ağzından vuracaq. Özü vuracaq və cəriməsini də özü verəcək deyir. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin azğından vuracağını və məsuliyyətini də daşıyacağını söyləyir. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, vuracaq, cəriməni də büdcədən ödəyəcək. Belə bir adama isə bəzi qəzetlər dəstək verir. Gəlin, dəyərli namizədi təbliğ edək. Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, üç il bundan qabaq dediklərini danan, indi tamam başqa mövqedə olan adamdan nə gözləmək olar? 20 ildir Azərbaycan müxalifəti hakimiyyətə gəlmək istəyir, bunu gözləyir, amma yerini bir günün içərisində başqasına verir. Belə müxalifətçilik olar? Əlbəttə, onlar öz yerlərini kimə verəcəklərini özləri müəyyənləşdirirlər. Lakin müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir».
XS
SM
MD
LG