Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:24

Bakıda dünya şöhrətli rəssamın satış sərgisi açıldı


Leonid Afremov
Leonid Afremov
-
«Xətai» Miniatür Sənət Mərkəzində dünyaşöhrətli rəssam Leonid Afremovun payız mənzərələrini əks etdirən orijinal rəsm əsərlərindən ibarət sərgi açılıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərginin təşkilatçısı Sərxan Ağasoy Meksikada yaşayan Leonid Afremov ilə əlaqə saxlayıb və Azərbaycanın paytaxtında onun sərgisini keçirməyi təklif edib. Rəssam bu təklifi müsbət qarşılayıb.

Sərgidə rəssamın 12 tablosu nümayiş olunur.

Rəssam əsərləri imzalayıb və tabloların hamısı satışa çıxarılıb.

Arzulayanlar kataloq vasitəsilə rəssamın digər əsərlərini də sifariş edə bilərlər.

Xəbərdə vurğulanır ki, Leonid Afremovun özünəməxsus yaradıcılıq texnikası və tərzi var.

Rəssamın əsərləri əsasən şəxsi yaşantılarını və emosiyalarını əks etdirir.

Leonid Afremov səyahəti çox sevir və həmin səyahətlərdə gördüklərinin fotosunu çəkir. Sonra bunları rəsm əsərlərində əks etdirir.

Leonid Afremov 1955-ci il iyulun 12-də Belarusun Vitebsk şəhərində doğulub.

O, 1978-ci ildə Vitebsk İncəsənət Məktəbi bitirib.

Rəssam 90-cı illərdə İsrailə köçəndən sonra məşhurlaşıb.

Leonid Afremov 12 il İsraildə yaşayıb, daha sonra ABŞ-a köçüb.

Hazırda rəssam Meksikanın Playa del Karmen kurort şəhərində məskunlaşıb.

Xatırladaq ki, «Xətai» Miniatür Mərkəzi «Xətai» metrosunun yaxınlığında yerləşir.
XS
SM
MD
LG