Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:55

İlqar Məmmədovun həbsindən 6 ay ötür


İlqar Məmmədov
İlqar Məmmədov
-

Avqustun 4-də Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri, prezidentliyə namizəd İlqar Məmmədovun həbsindən 6 ay ötür.

REAL üzvləri İlqar Məmmədova həmrəylik göstərmək üçün bazar günü axşam saatlarında şəhər gəzintisinə çıxacaqlar. Bu haqda aksiya təşkilatçısı Rəsul Cəfərov AzadlıqRadiosuna deyib:

«Biz şəhərin müxtəlif yerlərində bir-bir, iki-iki İlqar Məmmədovun şəkli olan köynəklərlə gəzəcəyik. Məqsədimiz həmrəylik göstərməkdir. Köynəklərdə «İlqar Məmmədov təslim olmur», «Cümhuriyyətçilər təslim olmur», «İlqar Məmmədovu unutmayaq» kimi şüarlar yazılıb. Amma hər hansı çağırış və ya şüar səsləndirilməyəcək. Məqsədimiz qarşıdurma yaratmaq deyil. Aksiya bir saata yekunlaşacaq».

İlqar Məmmədov İsmayıllıdakı etirazlardan sonra həbs olunub.

Avropa Parlamenti həbsdəki prezidentliyə namizədi azadlığa buraxmağa çağırmışdı.

İlqar Məmmədova Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan 233.1-ci maddə üzrə irəli sürülən ittihama xitam verilib, əvəzində 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham elan olunub.
XS
SM
MD
LG