Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:31

«Washington Post» Xədicə İsmayılovaya şantajlar barədə


Xədicə İsmayılova
Xədicə İsmayılova
-
ABŞ-ın «Washington Post» qəzeti AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovaya təzyiqlərdən yazır.
Qəzet yazır ki, Xədicə İsmayılova Freedom House-un «qeyri-azad» kimi xarakterizə etdiyi Azərbaycanda tək-tük araşdırmaçı jurnalistdən biridir. Ancaq bu işin riskli olduğu üzə çıxıb. O, prezident İlham Əliyevin ailəsində mümkün korrupsiyanı araşdırmağa başlayandan bəri – ilyarım ərzində evində gizli çəkilmiş videosu yayılıb. Hüquq müdafiəçiləri bunu Azərbaycanda jurnalistlər arasında çox yayılmış qorxudulma kampaniyasının bir hissəsi sayıblar.
2012-ci ilin martında aldığı şantaj məktubuna baxmayaraq İsmayılova fəaliyyətini davam etdirib və apreldə onun videosu yayılıb. O, Colors Magazine jurnalına deyib ki, işinə davam edəcək:

«Rəhbərlik bu şantajdan sonra məndən Praqaya köçməyi xahiş etdi, ancaq imtina etdim. Elə Azərbaycan hökumətinin istədiyi də budur. Burada qalmağım üçün xüsusi səbəb yoxdur, ancaq bilirəm ki, burada lazımam».
İndi isə İsmayılovanın evində çəkilmiş ikinci video hökumətyönlü vebsaytda peyda olub. Dövlət mediasında həmin video barədə dərc olunmuş yazılarda guya onun həmkarının saxta fikirləri də yer alıb. Həftəsonu isə çoxu qadınlar olmaqla bir qrup qadın jurnalist videonun yayılmasına etiraz aksiyası keçirməyə cəhd göstərib. Onlar əllərində «Mənim evim, yatağım korrupsiya deyil» yazılan plakatlar tutublar. Ondan çox jurnalist saxlanıb.
«Washington Post» yazır ki, 2003-cü ildən prezident postunda olan Əliyev yenidən namizədliyini verib. O, 2008-ci ildə, 87 faizlə yenidən prezident seçilib. Əsas müxalifət partiyaları saxtakarlıq və medianın qorxudulmasını əsas gətirərək seçkiyə qatılmayıb. Avropa müşahidəçiləri seçkinin demokratik prinsiplərə uyğun gəlmədiyinə görə narahatlıq bildiriblər.
XS
SM
MD
LG