Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:42

Avropa Birliyi, ABŞ və Norveçdən azad seçki çağırışı


Arxiv foto
Arxiv foto
-

Avropa Birliyinin Bakıdakı nümayəndəliyi quruma üzv dövlətlərin Azərbaycandakı missiya rəhbərləri ilə birgə razılaşdıraraq, ABŞ və Norveç diplomatik missiyaları ilə birlikdə bəyanatla çıxış edib.

Nümayəndəlikdən AzadlıqRadiosuna verilən məlumata görə, seçkilərin yaxınlaşdığı nəzərə alınaraq, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi seçki prosesinin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini arzulayır və buna ümid edir.

Bəyanatda Azərbaycanın hazırda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması və növbəti il Avropa Şurasında sədrlik edəcəyi xatırladılır:

«Demokratik siyasi ifadə və sərbəst toplaşmaq azadlığının reallaşması məqsədilə azad və açıq məkanın fəaliyyət göstərməsi üçün biz hökuməti zəruri şərait təmin etməyə çağırırıq.

Biz hökuməti cəmiyyətin bütün dairələrini, o cümlədən müstəqil qeyri-hökumət vətəndaş cəmiyyəti təşkilatlarını konstruktiv dialoqa cəlb etməyə çağırırıq.

Seçkilərin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini dəstəkləmək üçün hökumətin beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yaxından işləməsini tövsiyə edirik».

AB bildirir ki, hər zaman olduğu kimi, hökumətin göstərdiyi səyləri və seçki prosesinin hamı üçün açıq, tam şəffaf və etibarlı şəkildə hazırlanması və təmin edilməsi üçün hər bir tərəfin atacağı addımı hökumətlə konstruktiv dialoqda müzakirə etmək arzusunda olan vətəndaş cəmiyyəti üzvlərinin cəhdlərini dəstəkləməyə hazırdır.

Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG