Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:53

Muxaxdakı qəzalı evlərin hər gün «yenilənən» siyahısı


Foto: Arxiv. Zaqatalada zəlzələ
Foto: Arxiv. Zaqatalada zəlzələ
-
«Əvvəl gəlib baxdılar, siyahıya alıb getdilər. Daha gəlmədilər. Mən də başladım ora-bura yazmağa. Xeyli yazandan sonra bir də gəldilər, dedilər divarlar çatlayıb, cavan oğlansan, özün sök, təzədən tik».

Rahib Həsənov Zaqatalanın Muxax kəndində yaşayır. Evi ötən ilin may ayında baş vermiş zəlzələdən qəzalı vəziyyətə düşüb. Deyir bir ildən artıqdır ki, Fövqəladə Hallar Komissiyasından gəlib evə baxıb gedirlər. Hər dəfə də onu məzəmmətləyirlər ki, «cavan oğlansan, ora-bura yazmaqdansa, divarları sök, özün tik».

«QƏZALI EVLƏRİN SİYAHISINDA HƏR DƏFƏ İXTİSAR APARIRLAR»

Şikayətçi:

«Artıq neçənci dəfədir ki, siyahını «yeniləyirlər». Əvvəl siyahıda 100-dən çox ev vardı, sonra ixtisara salıb 50-yə endirdilər, sonra yenə azaltdılar. Hər dəfə siyahını yeniləyəndə, xeyli evi siyahıdan silirlər. Bizim ev də siyahıda idi, indi də deyirlər ki, gedin özünüz düzəldin, biz ciddi zədələnmiş evləri təmir edirik. Bir evin divarları zəlzələdən çatlayıbsa, bu, zədə hesab olunmur? Bilmirik ki, bunlar «qəzalı ev» deyəndə, hansı evləri nəzərdə tuturlar?».

BİR DƏ BAXMAQ LAZIMDIR

Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından «Qaynar xətt»ə dedilər ki, zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərə Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası baxış keçirib. Belə evlər siyahıya alınıb və növbəli şəkildə təmir-bərpa işləri aparılır. Rahib Həsənovun yaşadığı mənzilin vəziyyətini öyrənmək üçün isə Muxaxa bir daha baş çəkəcəklər.
XS
SM
MD
LG