Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:51

Obama Suriyaya hücum üçün Konqresin razılığını istəyir


Barack Obama
Barack Obama
-
ABŞ prezidenti Barack Obama Konqresin Suriya hökumətinə qarşı hərbi hücumları təsdiqləməsini istəyib. Hökumətin avqustun 21-də kimyəvi silahdan istifadə etdiyi bildirilir. Obamanın sözlərinə görə, bu hücum o qədər “dəhşətli” olub ki, o, “məhdud” hərbi əməliyyatla cavab vermək istəyir:
“SƏHV ETMƏYİN”
“Səhv etməyin. Bunun kimyəvi silahdan daha çox təsiri var. Bu iyrənc hərəkətə görə məsuliyyət qoymasaq, fundamental beynəlxalq qaydalara tabe olmayan digərlərinə – nüvə silahlarını seçən hökumətlərə, bioloji silahları yayan terrorçulara, soyqırım həyata keçirən ordulara dair mövqeyimiz necə görünəcək. Biz övladlarımızı dediyimizə, imzaladığımız sazişlərə, dəyərlərimizə əməl etmədiyimiz dünyada böyüdə bilmərik”.
Şənbə günü axşam Ağ Evin Konqresə göndərdiyi layihədə Konqresdən Obamaya Suriyaya qarşı gücdən istifadəyə rəsmi icazə verilməsi istənilir. Senat və Nümayəndələr Palatası sentyabrın 9-dan başlayaraq məsələni müzakirə edib səsə qoyacaqlar.
Obama hökumətinin rəsmiləri konqresmenlərin hərbi hücumu dəstəkləyəcəyinə inandığını bildirir. Ancaq konqresmenlərin çoxunun məsələdə mövqeyi fərqlənir, bəziləri hücum tərəfdarı deyil, bəziləri Assad rejiminin son vermək üçün böyük əməliyyata çağırır.
BRİTANİYA VƏ FRANSANIN DƏSTƏYİ
ABŞ administrasiyası həmin kimyəvi hücumda 1.400-dən çox adamın öldüyünü bildirir. Hücum zonasını təftiş etmiş BMT ekspertləri sübutların araşdırılmasının üç həftə çəkəcəyini deyirlər.
Son rəy sorğuları da amerikalıların çoxunun hərbi müdaxilənin ABŞ-ın maraqlarına uyğun olmadığını düşündüyünü göstərir.
Suriya rejimi kimyəvi silah hücumunu yalanlayır, əksinə buna görə yaraqlıları günahlandırır, onların Qərbin müdaxiləsinə çalışdığını deyir.
Britaniya baş naziri David Cameron və Fransa prezidenti Francois Olland Obamanın konqresdən dəstək istəmək qərarını alqışlayıblar.
XS
SM
MD
LG