Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:35

Hökumətin istəyi ilə ABŞ rəsmilərinin Bakıya səfəri təxirə salınıb


ABŞ bayrağı
ABŞ bayrağı
-
Sentyabrın 9-da ABŞ dövlət katibinin köməkçisinin demokratiya və insan hüquqları üzrə müavini Tomas Melia Tbilisiyə səfər edəcək. Bu barədə contact.az saytı məlumat verir.
Nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin, Pentaqonun və Ədliyyə Nazirliyinin işçiləri də daxildir.
Səfər Gürcüstanda qarşıda duran prezident seçkiləri ilə bağlıdır. Nümayəndə heyətinin üzvləri rəsmi şəxslər və müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. Bu haqda ABŞ Dövlət Departamentinin press-relizində deyilir.

Press-relizində diplomatların Bakıya səfəri də qeyd olunurdu.

AzadlıqRadiosu ABŞ-ın Azərbaycandakı səfirliyindən diplomatların səfəri haqda soruşub. Səfirlikdən bildiriblər ki, ABŞ nümayəndə heyətinin Azərbaycan səfəri ləğv olunub:

«Azərbaycan hökuməti oktyabrın 9-u prezident seçkisinə qədər bu səfərin təxirə salınmasını istəyib. Biz təəssüf edirik ki, seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün nümayəndə heyəti Azərbaycana səfər edə bilməyib. ABŞ səfirliyi Azərbaycanda seçkiqabağı vəziyyəti yaxından müşahidə etməkdə davam edir və insanların iradəsini əks etdirən azad, ədalətli seçki prosesi keçirməyə çağırır».
XS
SM
MD
LG