Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:38

Kəndli-başçı çəkişməsi


Arxiv foto
Arxiv foto
-
«Heç bir partiya üzvü deyiləm. Özüm də sadə, kəndli babayam. Ölkənin başçısı xalqı korrupsiyaya qarşı mübarizəyə çağıranda mən də bir vətəndaş kimi ona Ağdamdakı korrupsiya faktları ilə bağlı sənədlə-sübutla dolu bir məktub yolladım».
Ağdam rayon sakini Arzu Sadıqov «Qaynar xətt»ə rayon icra hakimiyyətinin başçısından şikayət edib. Deyir, rayonda korrrupsiya faktlarının olması ilə bağlı prezidentə, baş prokurorluğa və mətbuata müraciətlər göndərdiyinə görə başçının təzyiqlərinə məruz qalıb.
«GUYA ERGİ DÜZÜNDƏ TAXIL ƏKİB»
«Bizim icra hakimiyyətinin başçısı Nizami Sadıxov əvvəllər həbsxana rəisi, sonralar polis rəisi işləyib. Təqaüdə çıxandan sonra bizim rayona icra başçısı təyin edilib. Mən prezidentə yazdım ki, sənədlərlə guya Ağdamın Ergi düzü istiqamətində erməni işğalında olan torpaqda guya 1 il ərzində 10 min hektar sahədə taxıl əkib. Buna görə də 800 min manat subsidiya götürüb. Prezidentə və ölkənin baş prokuroruna şikayət etdim. Sənədlər təqdim etdim. Baş prokurorluq mənim şikayətimi Ağdam rayon prokurorluğuna göndərdi. Orda da korrupsiya faktları ört-basdır edildi. Halbuki, vətəndaşların şikayətlərinə baxılması qaydasına görə, vətəndaşın şikayəti şikayətçi olduğu ünvana göndərilə bilməz. Rayon prokurorluğu guya araşdırıb belə qərara gəlib ki, Ergi düzündə işğal altında olan 2 min hektar torpaq sahəsi 2010-cu ildə düşmən tapdağından azad edilib. Guya taxıl da həmin sahədə əkilib. Mən də bir vətəndaş kimi torpaqlarımızın işğaldan azad edilməsini arzulayardım. Ancaq tələb etsəm də, mənə 2 min hektar torpağımızın işğaldan azad edilməsi ilə bağlı sənəd göstərmədilər. Yəni, bu, korrupsiya faktını öer-basdır etmək üçün növbəti saxtakarlıqdır».
Ağdam rayon icra hakimiyyətindən bildirdilər ki, Arzu Sadıqov 2 il əvvəl başçıdan bphtan xarakterli şikayətlər yazdığına görə başçı tərəfindən Ağdam rayon Məhkəməsinə verilib və 100 manat cərimələnib. Bu ilin iyun ayında qəzetlərdən birində başçının işqal altında olan torpaqlarda guya taxıl əkməsi adı altında 800 min manat subsidiya mənimsəməsi barədə yazı yazıb. Başçı onu ikinci dəfə Bərdə rayon Məhkəməsinə verib.
MƏHKƏMƏ MÜSTƏVİSİNƏ ÇIXARILIR
Bərdə rayon Məhkəməsindən «Qaynar xətt»ə bildirdilər ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıxov məhkəməyə iddia ərizəsi göndərərək rayonun Üçoğlan kənd sakini Arzu Sadıqov barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanması barədə qərar çıxarılmasını xahiş edib. Başçı ərizəsində iddia edir ki, kənd sakini onun barəsində ictimaiyyətdə böhtan xarakterli məlumatlar yaymaqla işgüzar nüfuzuna və şərəf-ləyaqətinə zərər vurur.
O da bildirilib ki, iş hakim İbrahim Fəttahovun icraatındadır. Sentyabrın 16-da məhkəmə başlayacaq.
Arzu sadıqov isə deyir ki, Ağdam rayon Məhkəməsinin onun barəsində əvvəllər çıxardığı cərimə qətnaməsindən əvvəl yerli yuxarı məhkəmələrə, sonra isə Avropa İnsan haqları Məhkəməsinə şikayət göndərib.
XS
SM
MD
LG