Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:28

Štefan Füle Moskvanı Brüssellə əməkdaşlığa cəhd edənləri cəzalandırmaqda ittiham edir


Kosovo -- EU Enlargement Commisioner Stefan Fule speaks during a press conference in Pristina, July 18, 2013
Kosovo -- EU Enlargement Commisioner Stefan Fule speaks during a press conference in Pristina, July 18, 2013
-
Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Štefan Füle Moskvanı Brüssellə sıx əlaqələrə can atan ölkələri cəzalandırmaqda ittiham edir.

Sentyabrın 11-də Strasburqda Avropa Parlamentində çıxış edən Füle bildirib ki, noyabrda keçiriləcək Vilnüs Sammiti ərəfəsində Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaması üçün hər hansı ölkəyə Moskvadan təhdidlər qəbuledilməzdir.

O, belə qəbuledilməz davranış kimi enerji qiymətlərinin artırılması, süni ticarət maneələri, təhlükəsizliklə bağlı təminatlar, ya da hərbi əməkdaşlıq öhdəliklərindən çıxmaq kimi təzyiq vasitələrini sadalayıb.

Füle vurğulayır ki, Avropa Birliyi Moskvanın himayə etdiyi Gömrük ittifaqı əvəzinə Brüssellə Assosiasiya Razılaşması imzalamağa üstünlük vermiş ölkələrin tərəfində durmalıdır.

Štefan Füle Avropa Parlamentində qeyd edib ki, heç bir ölkə həm Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqında, həm də Avropa Birliyinin Dərin və Əhatəli Ticarət Razılaşmasında iştirak edə bilməz: “Gömrük ittifaqına üzvlük Avropa Birliyinin hazırda Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla müzakirə etdiyi Ticarət Razılaşması ilə heç bir halda müqayisə oluna bilməz” – deyə Füle əlavə edib.

Həmin Gömrük Birliyinə hələlik Qazaxıstan, Rusiya və Belorus daxildir. Ötən həftə Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisian da bildirib ki, ölkəsi həmin quruma daxil olmağa hazırdır. Yerevan eyni zamanda Vilnüs Sammitinə hazırlıqlarını davam etdirdiyini, Assosiasiya Razılaşması imzalaması üçün bütün öhdəliklərini icra edəcəyini bildirir. Ermənistanda hesab edirlər ki, Avropa Birliyinin Dərin və Əhatəli Ticarət Razılaşması istisna olmaqla Assosasiya Razılaşmasını imzalaması mümkündür.

Bakı da buna bənzər mövqe ifadə edib ki, Avropa Birliyi ilə Ticarət Razılaşması olmadan Assosasiya Razılaşmasına qoşula bilər. Amma Štefan Füle belə yarımçıq əməkdaşlığın mümkün olmayacağını bildirir.

Komissar qeyd edir ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələrin müşahidəçi statusunda Gömrük Birliyi ilə əmkdaşlığıl mümkündür. Çünki Brüssel öz tərəfdaşlarının Assosasiya Razılaşması çərçivəsində Rusiya ilə əlaqələrini dərinləşdirməsinə tərəfdardır.

“Biz Rusiyalı dostlarımızlaəlaqələri gücləndirməliyik. Bu, dönə-dönə vurğulanıb. Şərq Tərəfdaşlığı proqramı sizə, sizin maraqlarınıza qarşı yönəlməyib” – deyə Füle bildirir.
XS
SM
MD
LG