Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:05

Venesiya təhlükdə olan şəhərlər siyahısına salındı


Venesiya
Venesiya
-
Abidələrin Müdafiəsi Beynəlxalq Fondu (World Monuments Fund ) Venesiyanı təhlükədə olan mədəni obyektlər siyahısına salıb.

Fondun saytının verdiyi xəbərə görə, mədəniyyət abidəsi sayılan şəhər üçün ən böyük təhlükə...son 5 ildə 400 faiz artan turizmdir.

Son 5 ildə şəhərə gələn turistlərin sayı gündə, az qala, 20 min nəfərə çatıb!

Fondun saytının verdiyi məlumata görə, dünya səyahəti turuna çıxıb şəhərin su kanalları ilə hərəkət edən böyük turist gəmiləri birbaşa və dolayı yolla get-gedə artan daşqınlara səbəb olur.

Turist çoxluğu yerli sakinlərin turist mövsümündə şəhəri müvəqqəti və ya həmişəlik tərk etməsinə səbəb olur.

World Monuments Fund son 10 ildə şəhər sakinlərinin sayının yarıbayarı azaldığını bildirib.

Artıq venesiyalılar gəmi turizminə qarşı təşəbbüs qrupu yaradıblar.

Şəhər bələdiyyəsi yerli turizm turlarının sxeminə yenidən baxılmasının, hətta dəyişdirilməsinin zəruriliyini vurğulayıb.

İlk dəfə World Monuments Fund Venesiyanın müdafiəsinə 1966-cı ildə qalxıb.
O vaxt şəhərin tarixində ən böyük daşqın baş vermişdi.

Fondun 2014-cü il siyahısına 67 obyekt salınıb.

Onların arasında Barselonadakı Quel parkı (Park Quel Barcelona), Karakasdakı Universitet şəhərciyi (The University City of Caracas), Qvatemaladakı Peten (Hotel Santana Peten, Guatemal), Mozambik adası və Suriyanın bütün mədəni irsi var.
XS
SM
MD
LG