Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:24

Azərbaycan müjdəçilərə hücum çəkir


Azərbaycanda prezident seçkiləri
Azərbaycanda prezident seçkiləri
-
Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanın prezident seçkisindən sonra beynəlxalq tənqidçilərə hücum çəkməsindən yazır.
Qurumun Cənubi Qafqaz üzrə araşdşırıcısı Giorgi Gogia yazır ki, təcrübəli və etibarlı yerli və beynəlxalq müşahidəçilər geniş miqyaslı seçki pozuntularını sənədləşdiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkinin beynəlxalq standartlara uyğun gəlmədiyini aşkarlayıb. Beynəlxalq müşahidəçilərin tənqidinə ABŞ Dövlət Departamenti də səs verib. Ancaq Avropa Şurasının parlamentariləri daha müsbət rəy veriblər. Ancaq Azərbaycan rəhbərliyinin beynəlxalq tənqidə reaksiyası həmişəkindən sərt olub. Hakimiyyət təmsilçiləri ATƏT-in hesabatını qərəzli adlandırıblar.
Giorgi Gogia yazır:
“İllərdir Azərbaycan hökuməti şüurlu şəkildə belə bir qərar verib ki, hətta konstruktiv tənqidə yer olmayan bir reallıqda yaşasın. Belə tənqidə yeganə mümkün cavab isə təhdid və qarayaxmadır. Problemlərin həlli ilə məşğul olmaqdansa, hökumət müjdəçiləri gözdən salmaq üçün hücuma keçir. Problemləri gözardı etmək onların həllinə gətirməyəcək. Ancaq ictimai narazılığı dərinləşdirəcək və hökumətin etibarlılığına zərbə vuracaq”
XS
SM
MD
LG