Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:19

Prezidentlər və seçki faizləri: kimlər neçə faiz səslə seçilib?


.
Azərbaycanda İlham Əliyev artıq and içərək 3-cü müddət üçün prezident səlahiyyətlərinin icrasına başladı. Amma oktyabrın 9-da keçirilmiş prezident seçkisinin mübahisəsi hələ bitənə bənzəmir.

Əvvəlki heç bir seçkidə olmayan yeni bir mübahisə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə ABŞ rəsmiləri arasında gedir. Ramiz Mehdiyev iddia edir ki, ABŞ-ın Azərbaycandakı səfiri oktyabrın 9-da keçirilən seçkidən əvvəl onlarla görüşlərində müxalifətə 25 faiz, hakimiyyətin namizədinə isə 75 faiz səs yazılmasını istəyirmiş.

Artıq ABŞ səfirliyi və başqa rəsmilər bu iddiaları tamamilə yalan adlandırıb, belə bir söhbətin olmadığını deyiblər.

Bu faiz mübahisələrini bir qədər aydınlaşdırmaq üçün dünya ölkələrinin liderlərinin seçkilərdə aldıqları səs faizlərini araşdırdıq. Nəticələr aşağıdakı qrafikdə əksini tapır:

ABŞ-da bəzi telekanallarda da İlham Əliyevin 84.5 faiz səs toplaması barədə Bakıda elan edilən rəsmi nəticələri ələ salaraq «heç İsa Məsih də bu qədər səs toplaya bilməzdi» deyirlər.

Təhlilçilər arasında belə fikirlər də dolaşır ki, xüsusilə 70 faizdən yuxarı göstərilən seçki nəticələri ya o seçkinin saxtalaşdırıldığından, ya da cəmiyyətdə diktatura ab-havasının hökm sürdüyündən şübhələnməyə əsas ola bilər.

Keçmiş SSRİ-nin insan haqları sahəsində pozuntulara görə ad çıxarmış ölkələrində çox az prezident 70-dən az faizə qane olur. Əksəriyyətin göstəriciləri 100 faizin altındadır.

Hazırda inqilab içində olan ərəb ölkələrində də prezidentlər sirli şəkildə yalnız 85-100 faiz arası nəticələrlə on illərlə öz kürsülərində əyləşiblər.

İnqilabla öldürülmüş, ölkəsi isə hələ də çəkişmələr içində olan Liviya lideri Muammar Gaddafi isə ümumiyyətlə seçkini ləğv edib 41 il hakimiyyətdə qala bildi.
XS
SM
MD
LG