Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:04

Səfər Əbiyev və Füzuli Ələkbərov danışır...


Səfər Əbiyev və Füzuli Ələkbərov
Səfər Əbiyev və Füzuli Ələkbərov
-
Prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Yeni nazirlərin sırasında Müdafiə naziri Səfər Əbiyev, Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yoxdur.


Sabiq müdafiə naziri Səfər Əbiyev yenidən nazir təyin olunmamasına münasibət bildirb.

«Media forum» saytının «yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz» sualına Səfər Əbiyev belə cavab verib:

«Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur».

FÜZULİ ƏLƏKBƏROV: SUALLARA ŞƏRH VERMƏYİN MƏNASI YOXDU

Hökumət üzvlərinin yeni siyahısı ilə burada tanış ola bilərsən

​Vəzifəsindən azad olunan Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da açıqlama verib.
F. Ələkbərov modern.az-a bildirib ki, prezidentdə sadiqdir:
«Suallara şərh verməyin mənası yoxdur. Qərar qəbul olunub. Prezidentin qərarına çox hörmətlə yanaşıram. Mən cənab prezidentə daim sədaqətli olmuşam, bundan sonra da bu siyasi kursa sadiq olacağam. Başqa heç nə deyə bilmərəm».
XS
SM
MD
LG