Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:28

Azərbaycan qazının nəqli üzrə dövlət komissiyası yaradılıb


İlham Aliyev
İlham Aliyev
Prezident İlham Əliyev Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə dünya bazarına nəqli barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik Kəməri layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri Yaqub Eyyubov –Baş nazirinin birinci müavini.

Komissiyanın üzvləri:

Əli Əsədov –Prezidentinin köməkçisi, Prezidenti Administrasiyası rəhbərinin müavini

Natiq Əliyev –Energetika naziri

Şahin Mustafayev –İqtisadiyyat və sənaye naziri
Samir Şərifov –Maliyyə naziri

Hüseynqulu Bağırov –Ekologiya və təbii sərvətlər naziri

Rövnəq Abdullayev –Dövlət Neft Şirkətinin prezidenti

Şahmar Mövsümov –Dövlət Neft Fondunun icraçı direktoru.


Dövlət Komissiyası aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsi, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir, Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan prezidentinə təqdim edir və işlərin gedişi haqqında prezidentə məlumat verir.
XS
SM
MD
LG