Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:19

Vilnüs sammiti bitdi, Azərbaycan təkləndi


İlham Əliyev Vilnüs sammitində - 29 noyabr 2013
İlham Əliyev Vilnüs sammitində - 29 noyabr 2013
-
«Yeni Müsavat» yazır ki, Avropa Birliyi Gürcüstanı və Moldovanı Rusiyanın mümkün təzyiqlərindən qoruya bilsə, bu Azərbaycanın sonrakı seçiminə müsbət təsir edəcək. Yox, Avropa Birliyi yalnız bəyanatlarla kifayətlənəcəksə, Azərbaycan da seçimini təbii olaraq qonşusu Rusiyaya doğru edəcək. Buna məcbur qalacaq.

Qəzet Azərbaycanın Ukrayna kimi Rusiyadan ciddi asılılığı olmadığını yazır:

«Amma Rusiyanın Azərbaycanı qarışdırmaq və Qarabağda müharibə başlatmaq imkanları çox realdır. Vilnüs sammitindən Azərbaycan üzüağ çıxdı. Ukraynanın sıradan çıxarılması isə rəsmi Bakını Rusiya qarşısında tək qoydu. Görünən mənzərə bu...».

ƏLİ HƏSƏNOV: «BU BELƏ OLUB, BELƏ DƏ OLACAQ...»

«Bütün beynəlxalq təşkilatlarla əməkdaşlığımızda başlıca faktor Azərbaycanın milli maraqlarıdır».

Bunu apa-ya Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını şərh edərkən deyib.

«Bu belə olub, belə də olacaq. Gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik».

PUTİN CƏNUBİ QAFQAZDA DİKTATOR ROLUNDA

«Azadlıq» qəzeti Rusiya prezidenti Vladimir Putin-in Ermənistana səfərindən yazır:
S.Sarkisian və V.Putin
S.Sarkisian və V.Putin

«Rusiya Cənubi Qafqazda sanki diktator rolunu oynamağa çalışır. Ermənistana səfər də Cənubi Qafqaz ölkələrinə mesaj xarakteri daşıyır».

«QARABAĞDA REFERENDUM O VAXT OLA BİLƏR Kİ....»

«Dağlıq Qarabağda referendum o zaman keçirilməlidir ki, iki tərəf qonşu kimi yaşaya bilsin».

Bunu Mediaforum saytına siyasi təhlilçi Elman Nəsirov deyib:

«Əvvəlcə Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonlar azad olunur, sonra Dağlıq Qarabağa keçid statusu verilir. Bu da təxminən 5-10 il üçün nəzərdə tutula bilər. Sonra referendum keçirilə bilər. Referenduma qədər Dağlıq Qarabağda əhalinin balansı təmin edilməli, yəni azərbaycanlılar əraziyə qayıtmalıdır. Balans yaranmadığı təqdirdə referendum Dağlıq Qarabağı ermənilərə vermək deməkdir. Referendum o zaman keçirilməlidir ki, iki tərəf qonşu kimi yaşaya bilsin. Bundan sonra, ola bilsin, ermənilər özləri inkişafda, yüksəlişdə olan Azərbaycanın tərkibində qalmaq istəyəcək».

«RƏSULZADƏ ÜÇÜN BÜTÜN İŞLƏRİ PULSUZ EDƏCƏM»

ANS Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri - Məhəmməd Əmin Rəsulzadənin 20 il əvvəl hazırlanmasına qərar verilən heykəlindən söz açır.
Novxanıda Rəsulzadənin heykəli
Novxanıda Rəsulzadənin heykəli

Söhbət heykəltəraş Ömər Eldarovun Heydər Əliyevin tapşırığı ilə başladığı və sonradan yarımçıq qalan əsərindən gedir.

ANS-in məlumatına görə, ümumi uzunluğu 11 metr olacaq heykəl üçün Rusiyanın Ural vilayətindən ağ mərmər də sifariş verilibmiş:

«Lakin sonradan fondda pulun bitməsi əsas gətirilir və iş həmin mərhələdə yarımçıq qalır. O dövrdən 20 il keçməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublikanın qurucusunun heykəli hələ də qoyulmayıb. Amma prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam imzalaması onun heykəlinin qoyulmasını da istisna etmir».

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə o vaxt hazırlanan eskiz-layihə əsasında babasının heykəlinin hazırlanmasını istəyir.

Heykəltəraş Ömər Eldarov qərarı gözlədiyini və Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyini bildirir.
XS
SM
MD
LG