Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:13

Ekspert: Benzinin bahalaşması büdcəyə 600 milyon qazandıracaq


Məhəmməd Talıblı
Məhəmməd Talıblı
-
«Son qiymət artımı gələn ilin sonuna qədər büdcəyə 600 milyon manatdan çox vəsait qazandıracaq». Bunu İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı dekabrın 4-də yaydığı açıqlamasında bildirib.
İqtisadçı Tarif Şurasının benzini bahalaşdırmasının heç bir iqtisadi əsası olmadığını vurğulayıb:
«Büdcənin gəlir hissəsinin təmin olunması üçün çoxlu mənbələr var. İri vergi ödəyicilərinin borcu milyard manatlarla ölçülür. Həmin vergi ödəyicilərinin büdcəyə borcu 5,4 milyard manat olduğu halda nədən əhalinin cibinə girirlər?»
Ekspert əlavə edib ki, hökumət Neft Fondundan büdcəyə transferi 2 milyard manat azaldılıb: «İndi bu 2 milyardın üçdə birinin mənbəyi tapılıb, büdcə əhalinin cibi hesabına doldurulur»
Tarif Şurasının katibi İlkin Məcidov Trend-ə müsahibəsində son 7 ildə avtomobil benzinləri üzrə ölkədaxili tələbatın 800 min tondan 1,3 milyon tona çatdığını deyib.
XS
SM
MD
LG