Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:52

Şair Adil Mirseyid ağırdır - müalicəsinə pul tapılmır


Adil Mirseyid. Güzgüdəki adam
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Adil Mirseyid. Güzgüdəki adam

-

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Adil Mirseyidin səhhəti kəskin pisləşib.

Amma onun müalicəsi üçün maddi imkan yoxdur.

AzNews.az-ın əməkdaşı A.Mirseyidin üzvü olduğu AYB tərəfindən ona hansısa yardımın edilib-edilməyəcəyi ilə maraqlanıb.

Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib ki, şairin müalicə xərcləri AYB-nin imkanları xaricindədir:

“Biz bilirik ki, Adil Mirseyid uzun müddətdir ki, xəstədir. Amma Yazıçılar Birliyinin elə bir imkanı yoxdur ki, ona əl tutsun. Yazıçıların fondu yox, bir imkanı yox. Biz neyləyək axı. Onun müalicəsini təşkil eləmək imkanı bizdə yoxdur”.

Onun sözlərinə görə, A.Mirseyidin həyat yoldaşı iki gün bundan öncə kömək üçün Yazıçılar Birliyinə gəlib: “Onun həyat yoldaşı Yazıçılar Birliyinə gəldi. Xahiş etdi, Adilin müalicəsi üçün pul lazımdır. Yazıçılar Birliyinin problemi çoxdur. Hər kəs də öz maşını alır. Aldıqları maaş isə ailələrinə yetmir. Kim pulunu verər? Nə də bu pul yığmaqla başa gələn şey deyil”.

“Anar Rzayev rəhbərlik etdiyi qurumun A.Mirseyidin müalicəsi üçün müraciət edə bilməzmi” sualına F.Qoca belə cavab verdi: “Anar müəllim burada yoxdur, Almaniyadadır. Qoy gəlsin, danışaq, görək nə deyəcək. Amma onun müalicəsi mümkünsüz bir şeydir”.

Xatırladaq ki, Adil Mirseyid qaraciyər serrozundan əziyyət çəkir.

AZXEBER.COM-a açıqlamasında jurnalistin oğlu Ayaz Baxışov deyib ki:

“2011-ci ilin sentyabr ayında atam getdikcə arıqlamağa başladı və yorğan-döşəyə düşdü. Həkimlər artıq gecikdiyimizi və atamın qaraciyər sirrozundan əziyyət çəkdiyini dedilər. İndi də, yerdə yatır. Hər 3 aydan bir müalicə alan zaman vəziyyəti nisbətən düzəlir. Artıq imkanımız tükənib. Həkimlər müalicənin şərt olduğunu deyirlər.Atamı müalicə etdirmək üçün pul tapa bilmirik, bizə kömək lazımdır”.

Adil Mirseyid düşdüyü ağır vəziyyətdən çıxış üçün Heydər Əliyev Fonduna və digər müvafiq dövlət qurumlarına səslənərək yardım istəyib.

Qeyd edək ki, Adil Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir.

O, Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.

AzNews.az
XS
SM
MD
LG