Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:24

Yerevan Bakını atəşkəsi pozmaqda ittiham edir


Qarabağdakı erməni əsgəri Azərbaycanla təmas xəttində, 20 iyul 2012
Qarabağdakı erməni əsgəri Azərbaycanla təmas xəttində, 20 iyul 2012
Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandian Azərbaycanı atrəşkəsi tez-tez pozmaqda ittiham edir. Nalbandian-ın sözlərinə görə növbəti belə pozuntu dekabrın 14-də təmas xəttində baş verib və Ermənistan ordusunun 26 yaşlı zabiti həlak olub.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmdsərləri hazırda regionda səfərdədirlər. Eduard Nalbandian da bu məlumatı dekabrın 16-da həmsədrlərin Yerevana səfəri zamanı səsləndirib.

Amma hələlik Nalbandian-ın qeyd etdiyi hadisə barədə Bakıdan rəsmi məlumat yoxdur.
Həmdəsrlər – Rusiyadan İgor Popov, Fransadan Jacques Faure və ABŞ-dan James Warlick dünən də bakıda prezident İlham Əliyevlə görüşüblər. Onların bu görüşlərinin detalları barədə məlumat verilmir.

Yalnız ABŞ-dan olan həmsədr “Amerikanın səsi”nə bildirib ki, hər iki ölkənin prezidenti gələn ilin əvvəlində görüşüb müzakirəni davam etdirə bilərlər. Bu görüşün tarixinin hələ dəqiqləşmədiyini bildirən həmsədr dövlət başçılarının ritorikalarında yumşalma hiss etdiklərini, bunun da tərəflər arasında etimad yaradılmasında önəmli olduğunu deyib.

Erməni hərbi qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan 6 rayonu işğal ediblər. 1994-cü ildə tərəflər arasında atəşkəs sazişi imzalanana qədər müharibədə 30 000-dən çox adam həlak olub.

19 ildə iki ölkə arasında rəsmən atəşkəs olsa da tez-tez təmas xəttində tələfatla nəticələnən toqquşmalar baş verir.
XS
SM
MD
LG